Page 301 - Sholom_Aleyhem_Макет 1
P. 301

Südçü Tevye

             – Ayaq saxlayın, reb Tevye. Mәndәn ayrıca hәdiyyә alacaqsınız.
          Allahın kömәyi ilә, sabah mütlәq bizә gәlin. Boz inәyim var,
          әvvәllәr iyirmi dörd litr süd verirdi. Elә bil gözә gәldi, südü
          kәsildi... Düzdür, sağılır, amma südü azdır...
             – Allah ömrünüzü uzun elәsin! – cavab verirәm. – Narahat
          olmayın! İnәyә elә baxarıq ki, südü artar. Arvadım buz baltasıdır:
          evin bütün işlәri onun öhdәsinә düşür, әlinin altında olandan bir
          әriştә bişirir ki, dadından doya bilmirsәn,  müqәddәs şәnbә
          günlәrini birtәhәr yola verir, lazım gәlәndә uşaqların gözünü
          çıxarır, döyә-döyә yatızdırır... Üzr istәyirәm, çox danışdım.
          Gecәniz xeyirә, sağ olun, Allah evinizә әmin-amanlıq versin!
             Arabaya yaxınlaşanda görürәm at yoxdur! İlahi, bu nә bәladır?
          Ora-buranı axtarıram, at gözümә dәymir! Düşünürәm: “Hә,
          Tevye, әcәb yerdә axşamladın!” Nә vaxtsa kitabdan oxuduğum
          bir hadisә yadıma düşür: şeytan dindar bir adamı şәhәr kәnarındakı
          daxmaya aparır, yedirdir, içirdir, sonra әxlaqsız qadınla baş-başa
          buraxır. Birdәn qadın qorxulu heyvana çevrilir, vәhşi heyvan –
          pişiyә, pişik isә – heybәtli mәxluqa... “Ay zavallı Tevye, – öz-
          özümә deyirәm. – Deyәsәn, ev sahibi sәni әlә salır axı”.
             – Nә vurnuxursunuz? Niyә deyinirsiniz? – soruşurlar.
             – Vurnuxmayım, deyinmәyim neylәyim? Bәdbәxt olmuşam!
          Başıma kül olub: atım...
             – Atınız tövlәdәdir, – cavab verirlәr. – Zәhmәt olmasa, tövlәyә
          gedin!
             Tövlәyә girib görürәm heyvan, doğrudan da, atların arasındadır,
          başını aşağı salladıb sakitcә vәlәmir yeyir, hәrdәn dә qulaqlarını
          tәrpәdir!
              –  Ay gözümün ağı-qarası! – deyirәm. –  Ağıllı qoçağım,
          hazırlaş, evә getmәk vaxtıdır! Az ye, sancılanarsan...
             Nә isә, atı birtәhәr dilә tutub arabaya qoşdum, hәr ikimiz
          sevinә-sevinә yola düşdük. Kefim kök, yolboyu bayram duası
          oxuyuram.
             Atı tanımaq olmur, sanki dәyişiblәr – zalımın balası qırmancsız
          qaçır. Evә gec çatıram, arvadı oyadıram.





                                                              301
   296   297   298   299   300   301   302   303   304   305   306