Page 302 - Sholom_Aleyhem_Макет 1
P. 302

Şolom Aleyxem

                – Bayramın mübarәk, – deyirәm, – sәni tәbrik edirәm, Qol-
            da!
                – Nә tәbrik? – arvad әsәbilәşir. – Nә münasibәtlә? Kefin
            kökdür, deyәsәn! Ay kişi, toydan gәlirsәn, yoxsa ad günündәn?
                – Elә sәn deyәndir! Hәm toy, hәm dә doğum günü idi!
            Arvad, bax, bir qucaq sovqat gәtirmişәm! – deyirәm. – Cәld
            uşaqları oyat, qoy Yequpets nemәtlәrinin dadına baxsınlar...
                – Sәnin ya başın xarab olub, ya da әmәlli-başlı vurmusan!
            İlahi, keç günahımdan, deyәsәn, әrim sayıqlayır! – arvad deyinir.
                – Arvad olmusan, – deyirәm, – elә hәmişә dә arvad qalacaqsan!
            Süleyman peyğәmbәr nahaqdan demirdi ki, min arvadın içindәn
            bir ağıllısını tapa bilmәdim. Yaxşı ki, indi çoxarvadlılıq dәbdәn
            düşüb...
                Arabadan yemәklәri gәtirib masanın üstünә düzdüm. Uşaqlar
            bulkaları görüb, qızarmış әtin qoxusunu duydular, ac çalağan
            kimi yemәyә cumdular. Hәyәcandan әllәri titrәyirdi, acgözlüklә
            yeyirdilәr... Müqәddәs kitabda yazıldığı kimi: “Dadını gördülәr...”
            Bu, o demәkdir ki, belә nemәtlәr onların heç yuxusuna da
            girmәyib! Bu mәnzәrәyә baxanda gözlәrim yaşardı...
                – Hә, söylә, – arvadım dillәnir, – dilәnçilәr üçün bu ziyafәti
            kim verib? Acların mәclisi harada olub?.. Toy-bayramın sәbәbi
            nәdir?
                – Sәbir elә, Qolda, – deyirәm, – indi hәr şeyi danışaram.
            Әvvәlcә, samovara od sal, keçәk masanın arxasına, pürrәngi, çay
            içәk. Bir dәfә yaşayırıq! Hәm dә bundan sonra gündә iyirmi dörd
            litr süd verәn inәyimiz olacaq! Allah qoysa, sabah gәtirib qapıya
            bağlayacağam. Hә, indi tap görüm, burada nә qәdәr pul var?
                Arvadıma baxıram, rәngi ağarıb, dili söz tutmur.
                –  Allah kömәyin olsun, canım Qolda, – deyirәm, – niyә
            qorxuya düşdün, hә? Güman edirsәn, bu pulları oğurlamışam?
            Ya yoldan keçәni qarәt etmişәm? Ay sәni! Heç gözlәmәzdim!
            Neçә illәrdir әr-arvadıq, bir yastığa baş qoyuruq. Yәni ağlından
            belә axmaq fikirlәr keçә bilәr? Әzizim Qolda, bunlar halal puldur,
            ağlım vә zәhmәtim sayәsindә qazanmışam. Bu gün iki adamı
            böyük tәhlükәdәn qurtarmışam. Mәn olmasaydım, Allah bilir,
            qurd-quşa yem olacaqdılar!



             302
   297   298   299   300   301   302   303   304   305   306   307