Page 307 - Sholom_Aleyhem_Макет 1
P. 307
Südçü Tevye
dәrd-qәm çәkmәzdim. Bu qәdәr var-dövlәtә sahib olan adamla
kim cürәt edib bәhsә girә bilәr? Әvvәlcә böyük qızı әrә verәrdim,
hәdiyyәlәri, paltarları, toyxәrcini saymasam, beş yüz rubl cehiz
qoşardım; at-arabanı, inәklәri satıb şәhәrә köçәrdim, sinaqoqun
şәrq divarının yanında özümә daimi yer alardım, arvadıma –
Allah canını sağ elәsin, – bir neçә düzüm mirvari hәdiyyә
verәrdim, varlı sahibkar kimi sәdәqә paylardım. Sinaqoqun
damını dәmirlә örtdürәrdim, daha indiki kimi damsız qalmazdı –
az qalıb uçsun; uşaqlara mәktәb açardım, kasıblar üçün xәstәxana
tikdirәrdim ki, sinaqoqun soyuq döşәmәsinin üstündә yatmasınlar,
zәhlәmgetmiş hәyasız Yanklı da sinaqoqdan qovardım – millәtin
hesabına yeyib-içdiyi yetәr!..”
– Salam, reb Tevye! – qәfildәn sәs gәldi. – Necәsiniz?
Dönüb arxaya baxdım, salamlaşan adamı nәsә tanıya bilmәdim.
– Salamәleyküm, – cavab verdim. – Kimsiz, haradansınız?
– Haradan? Kasrilovkadan! Qohumuq, – dedi. – Düzü, o
qәdәr dә yaxın deyilik: arvadınız Qolda uzaq qohumumdur.
– Üzr istәyirәm, siz, olmaya Leya-Dvosinin әri Borux-
Gerşamnın kürәkәnisiniz?
– Düz tapmısınız! – cavab verdi. – Mәn Leya-Dvosinin vә
Borux-Gerşamnın kürәkәniyәm, arvadımın adı Şeyne-Şendldir,
Leya-Dvosinin vә Borux-Gerşamnın qızı! İndi aydın oldu?
– Dayan, dayan, – dedim. – Qayınananızın nәnәsi, Sore-
Yenta vә arvadımın xalası, Frume-Zlata, deyәsәn, doğma әmiqızı
idilәr, siz isә, sәhv etmirәmsә, Leya-Dvosinin әri Borux-Gerşamnın
ortancıl qızı ilә evlәnmisiniz. Amma adınızı unutmuşam, xatırlaya
bilmirәm. Әsl adınız nәdir?
– Menaxem-Mendldir, – dedi, – Leya-Dvosinin, Borux-
Gerşamnın kürәkәni, mәni Kasrilovkada belә çağırırlar.
– Әzizim Menaxem, – dedim, – salam vә sayğılarımı qәbul
et! Әziz Menaxem-Mendl, buralarda xeyir ola? Qayınana, qayınata
necәdir? İşlәr qaydasındadır? Özün necәsәn?
– Eh! – cavab verdi. – Pis deyilәm, şikayәtim yoxdur, birtәhәr
dolanırıq. Amma işlәr o qәdәr dә ürәkaçan deyil.
– Allah rәhmdildir! – deyib onun üst-başına nәzәr salıram:
çox köhnәdir, çәkmәlәri sürtünmәkdәn dağılıb. – Eybi yoxdur!
307