Page 309 - Sholom_Aleyhem_Макет 1
P. 309

Südçü Tevye

             Sözün qısası, әllәrimizi yuyub masa arxasına keçdik, doyunca
          yedik.
             – Ye, Menaxem-Mendl, – deyirәm, – bu dünyada hәqiqәt
          axtarmağın mәnası yoxdur, hәr şey saxtadır. Rәhmәtlik nәnәm
          Nexama deyәrdi ki, sağlamlığı boşqabda axtar. Ağıllı arvad idi.
             Qonağın hәyәcandan әllәri әsirdi, arvadımın kulinar ustalığını
          çox bәyәndi, tәriflәyib göylәrә qaldırdı, and içdi ki, çoxdandır
          belә dadlı südlü yemәklәr, piroqlar görmәyib.
             – Boş şeydir! – dedim. – Hәlә onun bozartmasını, xәmir
          xörәklәrini görәsәn, – onda bilәrsәn ki, cәnnәt nә demәkdir!
             Yemәyi bitirib dua oxuduq, hәrә öz dәrd-sәrindәn danışdı.
          Mәn oradan-buradan, o isә Odessadan, Yequpetsdәn, birdәn-birә
          necә varlanıb sonra da dilәnçi kökünә düşmәsindәn bәhs etdi...
          Elә işlәrlә mәşğul olub ki, mәnim bu mәsәlәlәrdәn heç başım
          çıxmır. Amma söhbәt on mindәn, iyirmi mindәn gedirdi... Dediyinә
          görә, pulu xәzәl kimi imiş!
             – Düzünü desәm, Menaxem-Mendl, – bildirirәm, – söylәdiyin
          qәribә işlәri görmәk üçün bacarıq lazımdır... Lakin bir şey mәnә
          aydın deyil: arvadını yaxşı tanıyıram, tәәccüb edirәm, necә olub
          sәnә belә işlәri görmәyә imkan verib?
             – Eh, – köks ötürür. – Reb  Tevye, yaxşısı budur, yadıma
          salmayın... Onsuz da, arvad mәnә zülm verir... Adәtidir, xasiyyәti
          dözülmәzdir... Mәnә nә yazdığını eşitsәniz, tüklәriniz biz-biz
          olar! Amma bunlar boş şeydir, arvaddır da, ölәnә kimi yaxamdan
          әl çәkmәyәcәk. Açığı, hәyatda bundan da pis şeylәr var. Mәsәlәn,
          qayınanam bizimlә yaşayır. Çәkdiyim cәhәnnәm әzablarını
          tәsәvvür edirsiniz? Nә isә, qayınanadan danışmağımın mәnası
          yoxdur, – özünüz onu yaxşı tanıyırsınız!
             – Eh, әziz dostum, – deyirәm, – sәnin işin  Allaha qalıb,
          görürәm, dәrd girdabında boğulursan!
             – Tamamilә haqlısınız, reb Tevye! Dәrd özü ilә dәrd gәtirәr!
              Bu minvalla gecәyarıya qәdәr söhbәtlәşdik. Әldәn-әlә keçәn
          böyük pullardan, milyonçu fabrikant Brodskinin sayı-hesabı
          bilinmәyәn var-dövlәti barәdә söhbәtlәrdәn başım gicәllәndi...
          Bütün gecәni  Yequpets, qızıl imperiallar, Brodski, Menaxem-




                                                              309
   304   305   306   307   308   309   310   311   312   313   314