Page 314 - Sholom_Aleyhem_Макет 1
P. 314

Şolom Aleyxem
            deyirәm. – Kim sәni mәcbur etdi ki, cibini gen açıb var-yoxunu
            havaya sovurasan? Ay eşşәk, axı yüz rubla bir cüt gözәl at almaq,
            arabanı tәzәlәmәk olardı!..”
                Arvad gecә-gündüz gileylәnir:
                – Tevye, nә gözlәrini döyürsәn? Niyә bir şey fikirlәşib tәdbir
            görmürsәn?
                – Necә yәni? – deyirәm. – Fikirlәşmәkdәn başım xarab olub,
            sәn dә bir tәrәfdәn bizlәyirsәn!..
                – Bәlkә, yolda başına iş gәlib, hә? Mәsәlәn, quldurlarla
            qarşılaşıb, onu soyublar, ya da Allah elәmәsin, xәstәlәnib, bәlkә,
            Allah göstәrmәsin, ölüb?..
                – Canım, ağzını xeyirliyә aç! Ağlına yaxşı bir şey gәlmәdi?
            Daha nә uydura bilәrsәn? – soruşuram. – Bәyәm quldurların işi-
            gücü yoxdur?
                Özüm isә fikirlәşirәm: yolda adamın başına nә desәn gәlәr!
                – Arvad, sәn Allah, bәd gәtirmә! – deyirәm.
                – Onların bütün ailәsi belәdir, – arvadım deyinir. – Anası,
            qәbri nurla dolsun, bu yaxında cavan öldü, ikinci dәfә әrә
            getmişdi, hamamda soyuqlayıb canını tapşırdı, analığı da ilk
            doğuşdan sonra havalandı, xeyli әzab çәkdi, nәhayәt, dünyasını
            dәyişdi.
                – Söz danışdın da! – deyirәm. – Qolda, әvvәl-axır, hamımız
            ölәcәyik, geci-tezi var! Hәyat bir güzgüdür, hәr gәlәn baxıb
            gedir...
                Nә isә, qәrara gәldim, Yequpetsә gedim. Bir az pendir, yağ,
            xama vardı, onsuz da, aparıb satmaq lazım idi. Amma sizә deyim,
            mal nә mal! Әtri adamı bihuş edir! Barmaqlarını yala! Atı qoşub
            Yequpetsә yollandım.  Tәsәvvür edin, yolboyu ürәyim sıxılır:
            meşәdә tәk-tәnha getmәk dә bir şey deyil, әtrafda ins-cins yox,
            adamı xof basır, nә qәdәr әllәşsәm dә, dolaşıq fikirlәri özümdәn
            uzaqlaşdıra bilmirәm.
                Gözlәrim önündә belә bir mәnzәrә canlanır: şәhәrә gәlib
            dostumu axtaranda mәndәn soruşurlar: “Menaxem-Mendl? Hә-
            hә! Bu qoçaq yaman bәrk gedir! Ona yaxın düşmәk mümkün
            deyil! Kişinin topdağıtmaz evi var! Zarafat deyil, karetdә gәzir!
            Büsbütün dәyişib, heç tanımaq olmur!” Günorta evinә yollanıram.



             314
   309   310   311   312   313   314   315   316   317   318   319