Page 312 - Sholom_Aleyhem_Макет 1
P. 312

Şolom Aleyxem

                – İnanın! – Menaxem-Mendl dedi. – Allah qoysa, borcunuzu
            qaytaracağam, reb  Tevye, vicdanıma, lәyaqәtimә and içirәm!
            Ümidvaram, bu işdәn xeyir görәcәksiniz!
                – Amin, – dedim. – Sizә dә bunu arzulayıram. Allah xeyir
            versin. Ancaq anlaya bilmirәm, pişik Vaska çayın o biri sahilinә
            necә keçәcәk? Başa düşürsәn?.. Mәn burada, sәn o tayda... Pul,
            bilirsәn dә, çox şirin şeydir... İncimә, pis niyyәtlә söylәmirәm.
            İbrahim peyğәmbәrimizin tәbirincә desәk: “Zәhmәt çәkәrsәn,
            bәhrәsini görәrsәn”. Gәl әvvәlcәdәn şәrtlәşәk ki, xırmanda
            davamız düşmәsin...
                – Hә! – dedi. – Bәlkә, dilimdәn iltizam verim? Buyurun,
            mәmnuniyyәtlә!
                – Hәlә ehtiyac yoxdur! – dedim. – Bu işә bir qәdәr fәrqli
            yanaşmaq lazımdır. Әgәr mәni mәhv etmәk istәyirsәnsә, iltizamın
            nә xeyri? Kağız dadıma çatacaq?  Talmutda deyilir: “Siçan
            oğurladığını yuvasına daşıyır...” Veksel sadәcә kağız parçasıdır...
            Hәr nә desәn ola bilәr!
                – Mәnә inanın! – yenә tәkrar etdi. – Şәrәfimә and içirәm,
            reb  Tevye.  Yalan danışıramsa,  Allahın qәzәbinә gәlim! Reb
            Tevye, sizi aldatmaq fikrim yoxdur, Allah elәmәsin! Yalnız bir
            şeyi fikirlәşirәm: qazancı vicdanla vә halallıqla bölәk, yәni
            bәrabәr, yarısı sizә, yarısı mәnә: yüz mәnә, yüz sizә, iki yüz
            mәnә, iki yüz sizә, üç yüz mәnә, üç yüz sizә, dörd yüz mәnә,
            dörd yüz sizә, min mәnә, min sizә...
                Nә isә, pulları sandıqdan çıxarıb üç dәfә saydım, әllәrim
            әsirdi, qarını çağırdım ki, o da saysın, Menaxem-Mendli bir daha
            başa saldım ki, bu pulları qanım hesabına qazanmışam. Әsginasları
            verdim, daha doğrusu, qonağın yan cibinә qoyub tikdim ki, Allah
            elәmәmiş, birdәn yolda oğurlayarlar. Razılaşdıq ki, gәlәn hәftәdәn
            gec olmamaq şәrti ilә, hәr şeyi tәfsilatı ilә yazıb mәnә göndәrәcәk.
            Nә isә, әziz adamlar kimi öpüşüb-görüşdük vә vidalaşdıq.
                O getdi, tәk qalandan sonra ağlıma müxtәlif fikirlәr gәlirdi,
            sanki yuxu görürdüm, – bir tәsәllim vardı ki, yuxular ürәkaçan
            idi, bitmәsini istәmirdim. Gözümün önündә şәhәrin mәrkәzindә
            damı dәmirlә örtülmüş böyük malikanә, içi ağzına qәdәr dolu
            anbarlar canlanırdı…



             312
   307   308   309   310   311   312   313   314   315   316   317