Page 311 - Sholom_Aleyhem_Макет 1
P. 311

Südçü Tevye

          dәfә çoxunu alsınlar vә bu qayda ilә yüz iki yüzә, iki yüz dörd
          yüzә, dörd sәkkizә, sәkkiz on altıya çevrilir. Möcüzәdir, vallah!
             Qonağım Yequpetsdә elәlәrinә rast gәlib ki, әvvәl ayaqqabı
          almağa da pulları yox imiş, nökәrçiliklә dolanırmışlar... İndi ev-
          eşik sahibidirlәr, arvad-uşaqları müalicә üçün xaricә gedir...
          Hәmin adamlar Yequpetsdә lovğa-lovğa gәzib hamıya gözdağı
          çәkir, heç kimi bәyәnmir, rezin tәkәrli avtomobil sürürlәr!
             Sözün qısası, daha nә deyim? Çox dilә tutdu! Fikirlәşirәm:
          onsuz da, dünya başdan-başa oyundur! Bәlkә, bu adam taleyin
          qismәtidir? Axı mәn dә eşitmişәm ki, Yequpetsdә bәzi adamlar
          heç nәdәn varlanırlar! Onlardan nәyim әskikdir? Menaxem-
          Mendl yalançıya oxşamır, bu cür möcüzәlәri özündәn uydurmur
          ki! Birdәn bәxtim açıldı, Tevye dә bu qoca yaşında adam arasına
          çıxdı, düz demirәm? Nә vaxta qәdәr işlәyib tәr tökәcәksәn,
          onun-bunun qapısında sülәnәcәksәn? Gündüz-gecә çap bu lәnәtә
          gәlmiş at-arabanı, yağ-pendir sat! Vәssalam! Ömür bitdi! Tevye,
          indi sәnin dincәlәn, insan kimi yaşayan, tez-tez sinaqoqa gedәn,
          yәhudi kitablarını oxuyan vaxtındır...
             Bәs birdәn iş düz gәtirmәdi, pul batdı, onda necә? Nә üçün
          hәr şeyin yaxşı bitәcәyinә ümid bәslәmәyim?
              – Hә, nә deyirsәn? – qarıma müraciәt edirәm. – Qolda, qo-
          humunun tәklifi xoşuna gәlir?
             – Nә deyә bilәrәm? – arvad cavab verir. – Bilirәm ki, Mena -
          xem-Mendl küçәdәn keçәn adam deyil, bizi aldatmaz. O, Allah
          elәmәmiş, fırıldaqçı dәrzilәrdәn, ya da çәkmәçilәrdәn deyil!
          Atası lәyaqәtli adamdır, babası isә çox mömin idi, gözlәri tutulsa
          da, gecә-gündüz Tövratı oxuyurdu. Nәnәsi Seytl isә, Allah ona
          rәhmәt elәsin, yaxşı arvad idi...
             – Boş-boş danışma, – deyirәm. – Burada söhbәt mühüm
          mәsәlәdәn gedir, bu isә şirin kökә bişirәn Seytl nәnәdәn dәm
          vurur...  Arvadda ağıl nә gәzir? Süleyman peyğәmbәr nahaq
          demәyib ki, bütün dünyanı gәzdim, ağıllı bir qadın tapa bilmәdim...
             Qısası, qәrara gәldik kompaniya yaradaq: mәn pul verirәm,
          Menaxem-Mendl isә fәrasәtini işә salır. Allah nә yetirsә, yәni
          qazancı yarıbayarı bölürük!





                                                              311
   306   307   308   309   310   311   312   313   314   315   316