Page 313 - Sholom_Aleyhem_Макет 1
P. 313
Südçü Tevye
Budur, ev sahibәsi açarları belindәn asıb hәyәtdә gәzir vә hәr
şeyә göz qoyur: bu, arvadım Qoldadır, amma onu tanımaq olmur,
büsbütün dәyişib! Varlı qadın olub, buxaqları sallanır, boynuna
mirvari taxıb. Lovğa-lovğa gәzib nökәrlәrә әmr verir. Uşaqlar
bayramsayağı geyinib hәyәtdә veyillәnirlәr, әllәrini ağdan-qaraya
vurmurlar. Toyuqlar, qazlar vә ördәklәr qaçışır. Otaqlar par-par
parıldayır, sobada odun közәrir, şam yemәyi hazırlanır, samovar
qaynayır! Ev sahibi, yәni Tevye әynindә bahalı xalat, başında
araqçın, masanın yuxarı başında әylәşib, әtrafına hörmәtli adamlar
toplaşıb, hamı ona yaltaqlanır: “Üzr istәyirik, reb Tevye!”, “Bizi
qınamayın, reb Tevye!..” “Eh, – fikirlәşirәm, – mәni aldadıb
pulumu yeyәn, görüm bütün nәslin tünbәtün olsun!”
– Kimi söyürsәn, ay kişi? – Qolda soruşur.
– Heç kәsi! – cavab verirәm. – Elә belә, xәyala dalmışdım...
Başımda fikirlәr qarışıb, әşi, boş şeydir... De görüm, canım
Qolda, sәnin qohumun, Menaxen-Mendl nәyin alveri ilә mәşğuldur?
– Әcәb işdir! – deyir. – Ay Allah, dünәn, srağagün yuxuda
gördüklәrim düşmәnlәrimin başına gәlsin! Onunla üz-üzә oturub
bir sutka çәnә döyәn sәn deyildin?... İndi dә mәndәn soruşursan
ki, nәyin alverini edir? Bәs bir az әvvәl sövdәlәşmәdiniz?
– Doğrudur, – deyirәm, – sövdәlәşdik, amma, öldür mәni, nә
barәdә sövdәlәşdiyimiz yadımda deyil... Ancaq bunun mәsәlәyә
dәxli yoxdur, sәn narahat olma, arvad, eybi yoxdur... Ürәyimә
damıb ki, qazanacağıq, özü dә necә lazımdırsa, varlanacağıq!
Hә, bir “amin” de, sonra da şam yemәyini hazırla!
Belәliklә, bir, iki vә üç hәftә keçdi, – şәrikimdәn mәktub
gәlmәdi! Özümdәn çıxıram, әsәblәrimi cilovlaya bilmirәm, az
qalır, dәli olum! Yәni mәktub yazmağı unudub? Çox yaxşı bilir
ki, xәbәr gözlәyirәm. Ağlıma әcaib fikirlәr gәlir: mәsәlәn, birdәn
bütün qazancı özünә götürsә vә desә ki, qazanc olmayıb, onda nә
edәrәm? İndi gәl bunun işindәn baş çıxart! “Mümkün deyil! –
öz-özümü sakitlәşdirirәm. – Axı necә ola bilәr? Onunla әn yaxın
adam, qohum kimi dolandım, münasibәt qurdum! Mәni niyә әlә
salsın?” Dәrhal da başqa şey fikirlәşirәm: heç qazancdan danışmağa
dәyәr? Tәki can sağ olsun! Allah macal versin, necә yazıbsa, elә
dә yaşayaq! Bәdәnimi soyuq tәr basır. “Axmaq kişi! – ürәyimdә
313