Page 315 - Sholom_Aleyhem_Макет 1
P. 315

Südçü Tevye
          Darvazanın ağzında qarşımı kәsirlәr. “Dur!” – yaxamdan yapışıb
          itәlәyirlәr. – İçәri soxulmaq olmaz!” – “Axı mәn yad deyilәm,
          qohumam! O, arvadımın xalası oğludur!” – “Çox gözәl! Allah
          mehriban elәsin! – cavab verirlәr. –  Ancaq göstәriş belәdir:
          qapıda gözlәyin! Bir-iki saat gözlәsәniz, dünya dağılmaz!..” Başa
          düşürәm, gözәtçini razı salmaq lazımdır, yәni bığının altından
          keçmәsәn, işin düzәlmәyәcәk... Nәhayәt, yuxarı mәrtәbәyә
          qalxıram. “Salamәleyküm, reb Menaxem-Mendl! – deyirәm”.
          Cavab gәlmir! Daşdan sәs çıxır, ondan yox! Ümumiyyәtlә, mәni
          tanımır! “Sizә nә lazımdır?” – soruşur. Az qalır, huşumu itirim.
          Kaş ölüb yerә girәydim, amma bu günü görmәyәydim! Mülayim
          sәslә deyirәm: “Әziz qohumu tanımırsınız? Mәnәm dә, Tevye...” –
          “Eşitmәdim, bir dә deyin, adınız necә oldu? – soruşur. – Tevye?
          Nәsә, xatırlamıram...” – “Doğrudan? – deyirәm. – Bizdә qonaq
          qalanda arvadımın bişirdiyi blinçiklәri, piroqları, kökәlәri çox
          bәyәnmişdiniz. Yadınıza salmağa...”
             Qәfildәn gözüm önündәki mәnzәrә dәyişir, xәyal mәni
          ağuşuna alıb uzaqlara aparır: Menaxem-Mendlin yanına gәlirәm,
          o isә ehtiramla yerindәn qalxıb gülә-gülә mәnә tәrәf gәlir: “Gör,
          Allah bizә necә qonaq göndәrib? Әziz qohum! Әylәşin, hörmәtli
          reb Tevye! Necәsiniz? Arvadınız necәdir? Sizi çoxdan gözlәyirәm:
          haqq-hesab çәkmәk lazımdır!” – qızıl imperialları masanın üstünә
          tökür. “Bu, qazancdır, – deyir, – mayaya isә toxunmuram, fikrim
          var, işi bir az da böyüdüm. Nә qәdәr qazansaq, yarı bölәcәyik,
          yarıbayarı: yüz mәnә, yüz sizә, iki yüz mәnә, iki yüz sizә, üç yüz
          mәnә, üç yüz sizә, dörd yüz mәnә, dörd yüz sizә...”
             Şirin xәyallar mәni mәst elәmişdi, araba beşik kimi yırğalanırdı,
          nә vaxt mürgülәdiyimi bilmәdim. Bir dә oyandım ki, at yoldan
          çıxıb, araba ağaca ilişib dayanıb... Allaha şükür elәdim: “Görünür,
          ilahinin rәhmi gәlib, yıxılıb әzilmәmişәm, xata-bala sovuşub,
          yaxşı qurtardım!”
             Yequpetsә yetişdim, әvvәl malları satdım, lәngimәdәn bütün
          mәsәlәlәri yoluna qoyub şәrikimi axtarmağa getdim. Bir saat,
          iki, üç saat dolaşıram, amma dostum sanki qeybә çәkilib. Adamlar-
          dan soruşuram:
             – Menaxem-Mendli tanıyırsınız, onu görәn olmayıb?



                                                              315
   310   311   312   313   314   315   316   317   318   319   320