Page 320 - Sholom_Aleyhem_Макет 1
P. 320

– Niyә? – arvad soruşur. – Yәni bu inәk sәnә çoxlu süd verir?
                – Mәsәlә onda deyil, – cavab verirәm. – Әvvәla, heç belә
            inәyi kәsimә vermәk olar? Adamın ürәyi gәlmir... Bizim Müqәddәs
            kitabda yazılıb ki...
                – Sәn Allah, bәsdir, Tevye! Bütün dünyaya mәlumdur ki, sәn
            Müqәddәs kitabın bilicisisәn, – deyir. – Mәnә, arvadına qulaq as,
            get Leyzer-Volfa baş çәk. Hәr dәfә, cümә günü bizim Seytl әt
            almaq üçün dükana gәlәndә qızı tәngә gәtirir. Deyir, atanla vacib
            işim var...
                Nә isә, hәrdәn arvadın sözünә qulaq asmaq lazımdır, düz
            demirәm? Qәrara gәlib Anatovkaya, qәssab Leyzer-Volfun yanına
            yollanıram. Bizdәn ora üç verst var. Evdә yoxdur!
                – Haradadır? – otaqda vurnuxan yastıburun qadından soruşuram.
                – Sallaqxanada, – deyir, – sәhәr tezdәn gedib, buğa kәsirlәr.
            Tezliklә qayıtmalıdır...
                Leyzer-Volfun evinә, tәsәrrüfatına baxıram. Otaqlar, gözә
            gәlmәsin, әşya ilә, qab-qacaqla doludur, Allah bütün dostlarıma
            bundan da artığını qismәt elәsin: dolaba mis qablar düzülüb –
            belәsini heç yüz әlli rubla da ala bilmәzsәn; iki dәnә samovar, iki
            әdәd mis padnos – dәrhal görünür ki, Varşava malıdır, iki gümüş
            şamdan, qızıl suyuna çәkilmiş qәdәhlәr, tökmә şamdan vә daha
            nәlәr… Fikirlәşirәm: “İlahi, bütün bunlar onun nәyinә gәrәkdir?”
            Kaş uşaqlarımın da bu qәdәr var-dövlәti olaydı, Allah cansağlığı
            versin! Qәssabın bәxti gәtirir dә! Bu cah-calala rәğmәn, cәmi iki
            qızı var, onları da әrә verib, özü isә dul qalıb...
                Nәhayәt, Allahın mәnә rәhmi gәldi, yәni gözlәmәkdәn qur-
            tuldum, qapı açıldı vә Leyzer-Volf әsәbi halda, qәssabı söyә-
            söyә içәri girdi. Lәnәtә gәlmiş qәssab onun bütün planlarını
            pozub, sağlam buğanı murdar sayıb. Sәbәbi dә budur ki, ciyәrindә
            düymә boyda yara tapıb, Allah bәlasını versin!
                – Salamәleyküm, reb  Tevye! – deyir. – Üzünüzü görәk!
            Necәsiniz, nә var, nә yox?
                – Salamatlıqdır, – cavab verirәm. – Birtәhәr dolanırıq, Allah
            deyib durmuşuq... Müqәddәs kitabda deyildiyi kimi: “Onun
            iynәsi dә, balı da sәnin deyil”, yәni nә pul var, nә sağlamlıq,



             320
   315   316   317   318   319   320   321   322   323   324   325