Page 324 - Sholom_Aleyhem_Макет 1
P. 324

Şolom Aleyxem

            İstәyiniz mәnә qәbuldur. Әsas mәsәlә tәxirә salmadan xanımı
            evә gәtirmәkdir! Başa düşürsünüz?
                – Mәnlik, – deyirәm, – bir maneә yoxdur. Amma qarı ilә dә
            danışmaq lazımdır. Belә işlәrin ixtiyarı ondadır. Zarafat deyil,
            Müqәddәs kitabda yazıldığı kimi: “Rahil öz övladları üçün
            ağlayır”, yәni “ana hamıdan üstündür”.  Yaxşı düşmәz, oğlan
            evindә toydur, qızın xәbәri yox...
                – Boş şeydir! – cavab verir. – Soruşmağa nә var ki? Reb
            Tevye, mәslәhәt sizindir. Evә gedib söhbәti açın vә dәrhal da
            evlilik mәsәlәsini yoluna qoyaq!
                – Elә demәyin, reb Leyzer-Volf, elә demәyin! Qız dul deyil...
                – Әlbәttә, – cavab verir. – Qız qızdır, dul qadın deyil... Buna
            görә dә әvvәlcәdәn şәrtlәşmәk lazımdır. Gәrәk, başa düşürsünüz,
            pal-paltar, xırda-mırda şeylәr alınsın... Reb Tevye, bәlkә, hәlәlik
            adama bir az vuraq, yoxsa lazım deyil?
                – Niyә lazım deyil? – tәәccüblәnirәm. – Bunun o biri mәsәlәyә
            nә dәxli? Necә deyәrlәr: cin ayrı, şeytan ayrı. Bizim Talmutda
            belә bir kәlam var...
                Guya Talmutdan olan kәlamları söylәmәyә başladım... Bir-
            birinin ardınca, ağlıma nә gәlirdisә danışırdım: “Nağıllar nağı -
            lın dan”, “Pasxa haqqında dastandan” şeirlәr deyirdim...
                Nә isә, acı içkidәn doyunca vurduq. Bu vaxt yastıburun
            qadın samovarı gәtirdi vә hәrәyә bir stәkan punş düzәltdik. Dost
            kimi söhbәt edir, arzularımızı bölüşür, toydan söz salır, oradan-
            buradan danışır vә yenә dә toy mәsәlәsinin üstünә qayıdırdıq.
                – Reb Leyzer-Volf, – deyirәm, – Qız deyil, qızıldır, hәtta
            deyәrdim ki, nadir brilyantdır! Onun necә qiymәtli daş olduğunu
            bilirsiniz?
                – Bilirәm, – cavab verir, – inanın mәnә. Әgәr bilmәsәydim,
            susardım.
                İkimiz dә eyni vaxtda danışırıq. Mәn ucadan deyirәm:
                – Brilyant! Almaz! Siz onu qiymәtlәndirә bilәrsiniz? Qәssab
            olduğunuzu unudun...
                – Narahat olmayın, reb  Tevye! Onun bizdә adi günlәrdә
            yediyini sizdә heç bayram günlәrindә dә süfrәyә düzmürlәr...




             324
   319   320   321   322   323   324   325   326   327   328   329