Page 327 - Sholom_Aleyhem_Макет 1
P. 327

Südçü Tevye

             –  Tәşәkkür! – cavab verirәm. – Balalarınızdan görәsiniz!
          Sizә dә qismәt olsun.  Amma ortalıqda sözdәn başqa bir şey
          yoxdur...
             – Yaxanı kәnara çәkә bilmәzsәn! – bir ağızdan deyirlәr. –
          Reb Tevye, heç bir bәhanә eşitmәk istәmirik! Bu münasibәtlә
          mütlәq vurmaq lazımdır. Göz dәymәsin, xoşbәxtlik quşu qapınıza
          qonub! Lap qızıl quyusuna düşmüsәn!
             – Hә, – deyirәm, – bu, nәnәnin fala baxması kimi bir şeydir:
          quyu qızılla dolu olsa da, bir gün quruya bilәr, quyu isә hәmişә
          qalacaq...
             Әgәr adamların könlündәn bu xoş xәbәr münasibәtilә içmәk
          keçirsә, mәn necә etiraz edim? Hәm dә özümü donuz kimi apara
          bilmәrәm! Xoş xәbәri Yequpetsdәki müştәrilәrimlә qeyd etdik –
          yedik, içdik, sonra yenә yedik, içdik... Fikir elәmә, Tevye, yaşa!
          Necә deyәrlәr: “Şad-xürrәm ömür sür!” Gәz, dolan, sabahı
          düşünmә, ay kasıb!..
             Nә isә, hәmişәki kimi, alveri tezliklә başa vurdum, dostlarla
          içәndәn sonra bir-birimizә uğur arzuladıq, arabaya minib sevinә-
          sevinә evә qayıtdım.
             Meşә ilә gedirәm, yay vaxtıdır, günәş yandırsa da, ağaclar
          iki tәrәfdәn kölgә salır, şam ağacının әtri alәmi bürüyüb – cәn -
          nәtdir! Ağa kimi arabada uzandım, cilovları buraxdım, ata sәr -
          bәstlik verdim: yәni “get, ağıllı ol, özün yolu tanıyırsan...” Sәsimә
          güc verib oxumağa başladım. Ürәyim sevinclә doludur, yadıma
          tövbә duaları düşür. Yuxarı, göylәrә baxıram, fikrim isә burada,
          yerdә dolaşır.
             “Göylәr, – duadakı sözlәr yadıma düşür, – göylәr – Allahın
          qәsridir, yerlәri isә Adәmin uşaqlarına, yәni insan övladına verib:
          qoy başlarını divara vursunlar, şan-şöhrәt üstündә pişik kimi
          didişsinlәr...” “Ölülәr Allaha dua etmir”, onlar yaxşı başa düşürlәr
          ki, әta etdiyi nemәtlәrә görә Allaha şükür elәmәk lazımdır. “Bәs
          biz...” Lakin biz zavallılar, bir günümüz xoş keçәn kimi, Allaha
          şükür edib şәninә tәrif söylәyirik: “Rәhm edir...” İlahi, sәsimi vә
          dualarımı eşitdiyinә görә, mәni yoxsulluq vә dәrd әhatә edәrkәn
          qulağını mәnә tәrәf çevirdiyin üçün sәni sevirәm...




                                                              327
   322   323   324   325   326   327   328   329   330   331   332