Page 330 - Sholom_Aleyhem_Макет 1
P. 330

Şolom Aleyxem

            hökmü әdalәtlidir. Amma digәr tәrәfdәn, bәyәm ağlım, bacarığım
            çatmır? Sәbәb nәdir? Nәyә görә hiddәtlәnirәm? Mәn torpaqda
            sürünәn hәşәrat, miskin mәxluqam, O isә qadir Allahdır, istәsә,
            mәni bir anın içindә yox edәr! Ağzım nәdir, ona dünyanı necә
            idarә etmәyin yolunu göstәrim? Hökm veribsә, geriyә yol yoxdur,
            demәli, belә olmalıdır, giley-güzarın nә faydası? Bizim müqәddәs
            kitablarda yazılıb ki, uşağın rüşeymi әmәlә gәlmәzdәn qırx gün
            әvvәl, mәlәk, ana bәtninә girib hökm verir: “Filankәsin qızı!
            Sәni filankәsin oğluna göbәkkәsmә edirәm!” Tevyenin qızının
            qismәti hansısa Zoraxın oğlu Qetsdir! Qәssab Leyzer-Volf isә
            istәklisini qoy başqa yerdә axtarsın, qismәtdәn qaça bilmәz!
            Qızım, kaş  Allah sәnә tezliklә lәyaqәtli, namuslu bir adam
            göndәrsin, sevdiyinә qovuşasan! Amin! Hәr şey Allahın әlindәdir!..
            Anana de, çox çığır-bağır salmasın... İlahi, başıma oyun gәtirәcәk!..
                Nә isә, hәyәtә gәldik, atı açıb buraxdım, evin qarşısındakı
            çәmәnlikdә oturduq, Seytlin bacıları da bizә qoşuldu. Fikirlәşmәyә
            başladıq: vәziyyәtdәn necә çıxaq, arvadıma nә söylәyәk, “Min
            bir gecә”dәn hansı nağılı danışaq ki, inansın vә biz dә bu bәladan
            qurtulaq?
                Axşam düşür. Günәş qüruba yollanır. Bürküdür. Qurbağalar
            quruldayır, at yaxınlıqda otlayır, naxırdan qayıtmış inәklәr sağım
            gözlәyir, yaşıl otların tәravәti әtrafa yayılıb. Cәnnәtdir! Çәmәnlikdә
            dirsәklәnib bu mәnzәrәni seyr edib düşünürәm: “İlahi, dünya
            necә dә müdrikcәsinә qurulub. Hәr bir mәxluq – adamdan tutmuş,
            mәsәlәn, inәyә qәdәr – hamı öz çörәyini qazanmalıdır, dünyada
            heç nә havayı verilmir! Әgәr inәk yaşamaq istәyirsә, gәrәk süd
            versin, ailәni, uşaqları dolandırsın. İgid atım, ot gövşәmәk
            istәyirsәnsә, demәli, hәr dәfә süd dolu qabları, yağı, pendiri
            Boyberikә daşımalısan. İnsan da belәdir: bir loğma yemәk üçün
            gecә-gündüz zәhmәtә qatlaşmalıdır: inәyi sağ, südü qablara
            doldur, yağ çәk, pendir düzәlt, sonra isә atı qoşub sübhçağı
            Boyberik bağlarını dolaş. Ona-buna baş әy, Yequpets varlılarının
            qabağında ikiqat әyil, istәmәsәn dә, gülümsә, yaltaqlan, dil-ağız
            elә.  Tәki, razı qalsınlar! Malını ucuz ver ki, Allah elәmәmiş,





             330
   325   326   327   328   329   330   331   332   333   334   335