Page 334 - Sholom_Aleyhem_Макет 1
P. 334

Şolom Aleyxem

                Yaxşı, bәs qarı ilә necә dil tapım? Başıma elә oyun açar ki,
            gәl görәsәn! Onu necә razı salım?
                – Motl, bilirsәn nә var? – qәfil peyda olmuş adaxlıya deyirәm. –
            Sәn get evә, mәn çalışaram hәr şeyi yoluna qoyum, kiminlә
            lazımdırsa, danışaram. Esfir haqqında hәdisdә deyildiyi kimi:
            “Mәclis tәmtәraqlı keçirdi!” Bütün bunları yaxşı-yaxşı düşünüb
            götür-qoy etmәk lazımdır. Sabah, Allah qoysa, fikrini dәyişmәsәn,
            yәqin, görüşәrik.
                – Fikrimi dәyişmәsәm? – tәәccüblә baxır. – Fikrimi dәyiş -
            mә sәm? Әgәr başqa fikrә düşsәm, qoy Allah mәni daşa döndәrib
            canımı alsın!
                – Sәn Allah, and içmә! And içәn adamlardan zәhlәm gedir! –
            deyirәm. –  Sәnә inanıram. Salamat qal, gecәn xeyirә, yuxun
            şirin olsun...
                Özüm dә yatmağa getdim, amma yuxum әrşә çәkilmişdi.
            Başımı itirmişdim. Zavallı Tevye, gör nә günә qaldın!
                Gecәnin yarısıdır, evdә hamı mışıl-mışıl yatıb. Qәfildәn yuxu   -
            da әcaib sәslә bağırıram. Evdәkilәr dik atılır. Qolda mәni silkәlәyir:
                – Tevye, Allah kömәyin olsun! Oyan! Nә olub? Niyә bağırırsan?
                Gözlәrimi açıram, әtrafa boylanıb titrәk sәslә soruşuram:
                – Hanı o?
                – Kimi deyirsәn?
                – Frume-Soranı, – cavab verirәm. – Leyzer-Volfun arvadı
            Frume-Sora! İndicә burada idi...
                – Sayıqlayırsan, Tevye! – arvadım deyir. – Allah kömәyin
            olsun! Leyzer-Volfun arvadı Frume-Sora, bizdәn uzaq, çoxdan o
            biri dünyadadır...
                – Bilirәm, ölüb, – deyirәm, – amma burada idi, çarpayının
            yanında, mәnimlә danışırdı. Boğazımdan tutub boğmaq istәyirdi...
                – Özünә gәl, Tevye! – arvadım deyir. – Sәfeh-sәfeh danışma!
            Yәqin, yuxu görmüsәn. Üç dәfә tüpür, sonra yuxunu mәnә danış,
            yozaram...
                – Allah canını sağ elәsin, Qolda, – cavab verirәm. – Yaxşı ki,
            mәni oyatdın. Sәn olmasaydın, qorxudan ürәyim partlayacaqdı...





             334
   329   330   331   332   333   334   335   336   337   338   339