Page 329 - Sholom_Aleyhem_Макет 1
P. 329
Südçü Tevye
Dünya başıma fırlanır, ürәyim sıxılır.
– Qızım, söylә, nә olub axı? – onu qucaqlayıb öpürәm.
– Ata, әzizim, canım mәnim! İstәsәn, günlәrlә çörәk vermә,
amma yazığın gәlsin, cavanlığıma qıyma! – yenә hönkürür,
danışa bilmir.
“Başıma gәlәn bәlaya bax!” – düşünürәm. Amma ürәyimә
damıb ki...
– Ağlama, qızım... – saçlarına sığal çәkirәm. – Göz yaşı sәnә
heç yaraşmır! Çarә nәdir? İstәmirsәnsә, sәni kimsә mәcbur edә
bilmәz. Biz sәndәn ötrü әllәşirik. Әgәr ürәyincә deyilsә, qoy
belә olsun! Görünür, qismәt deyilmiş...
– Sağ ol, ata! – cavab verir. – Allah ömrünü uzun elәsin! –
sinәmә qısılır, mәni öpür, göz yaşları isә dayanmaq bilmir.
– Sakit ol, – deyirәm. – Dünyada hәr şeyin ya pis, ya da
yaxşı sonu var... Otur arabaya, gedәk. Anan, yәqin, nigarandır.
Sözün qısası, arabaya minirik vә oradan-buradan söhbәt salıb
fikrini dağıdıram.
– Bilirsәn, qızım, – deyirәm. – Biz, Allah şahiddir, sәnin
yaxşılığını istәyirik. Arzumuz budur ki, övladımız ağ günә çıxsın.
Madam, alınmır, demәli, Allahın mәslәhәti belәdir. Qızım, hazıra
nazir olmaq, var-dövlәt içindә üzmәk sәnә qismәt deyilmiş.
Alnımıza yazılıb ki, ölәnә qәdәr zillәt içindә çapalayaq. Taleyimiz
bu arabaya bağlıdır, nә qәdәr çalışsaq da, günümüz xoş keçmir.
Hara baxırsan, kasıbçılıq, yoxsulluq, uğursuzluq!..
– Ah, ata! – qız yenә ağlayır. – Mәn gecә-gündüz onun-
bunun qapısında xidmәtçilik edәrәm, fәhlә işlәyәrәm, palçıq
qarışdıraram, yer qazaram!..
– Ay ağılsız! – deyirәm. – Mәgәr sәni qınayıram? Bәlkә, nә -
sә tәlәb edirәm? Yalnız onu demәk istәyirәm ki, hәyatımız acıdır,
mәşәqqәtlidir. Sadәcә ürәyimi açıram, Allahımla danışıram –
niyә bizimlә belә rәftar edir? Qoy rәhmli Allah bu sözlәrә görә
mәni cәzalandırmasın! Yazığı gәlsin bizә! Fәryadımı kim eşidәcәk?
Yaradan niyә mәnimlә belә haqq-hesab çәkir? O, yuxarıda, biz
aşağıda, lap quyunun dibindә... Hәmişә deyirik: Allah haqlıdır,
329