Page 326 - Sholom_Aleyhem_Макет 1
P. 326
Şolom Aleyxem
sәni boş-boşuna çağırmır! Amma bu barәdә düşünmәyә belә
qorxurdum. Şükür, ilahi, nәzәrlәrini bizdәn әskik etmәdiyin üçün
minnәtdaram! Yalandırsa, hәqiqәt olsun! Qoy qızımız әri ilә var-
dövlәt içindә qarısın. Çünki Leyzer-Volfun arvadı Fruma-Sora,
Allah ona rәhmәt elәsin, bu kişi ilә o qәdәr dә xoşbәxt deyildi.
Zәhlәtökәn qadın idi, heç kimlә yola getmirdi, bizim Seytl isә
hәlimxasiyyәtdir. Şükür sәnә, ilahi! Hә, Tevye, nәsә deyirdim,
mәnim ağıllı әrim! İnsan dәrd çәkmәlidirmi? Bilmirәm. Yalnız
onu bilirәm ki, olacağa çarә yoxdur, qismәtindә varsa, gәlәcәk.
– Hardan bilim? – cavab verirәm. – Belә bir surә var...
– Sәnin surәlәrin mәni lap tәngә gәtirdi – deyir. – Toya
hazırlıq görmәliyik. Hәr şeydәn әvvәl, Seytlә lazım olan şeylәrin
siyahısını hazırlayıb Leyzer-Volfa vermәk lazımdır. Qızın bir
dәnә dә olsun alt paltarı, corabı yoxdur. Sonra, canım sәnә desin,
ipәk gәlinlik paltarı, bir dәnә yay, bir dәnә dә qış üçün yun
paltar, iki pambıq don vә iki әtәk alınmalıdır. İstәyirәm, qızın iki
xәz paltosu olsun, biri adi gün üçün, digәri dә şәnbә günü
geyinmәyә. Nә yaddan çıxdı? Hә, dikdaban uzunboğaz çәkmә,
әlcәk, yaylıqlar, bir sözlә, qıza lazım olacaq şeylәr...
– Canım Qolda, – deyirәm, – sәn bu cıcıq-mıcıqlar barәdә
harada öyrәnmisәn?
– Necә yәni harada? – deyir, – bәyәm adam arasında olmuram?
Yoxsa, elә bilirsәn, burada, Kasrilovkada adamların nә geyindiyini
görmürәm? Qoy adaxlı ilә özüm danışım. Leyzer-Volf, Allaha
şükür, varlıdır, mәncә, istәmәz ki, adamların dilinә düşsün.
Sözün qısası, arvadla sübhә qәdәr söhbәtlәşdik.
– Arvad, – deyirәm, – pendiri, yağı torbaya qoy, Boyberikә
getmәliyәm. Әlbәttә, bütün bunlar çox yaxşıdır, amma tәsәrrüfatı
özbaşına buraxmaq olmaz. Necә deyәrlәr, kef öz yerindә, iş öz
yerindә!
Hava işıqlaşmağa başlayanda atı qoşub Boyberikә yollandım.
Bazara gәldim. Gördüm alәm bir-birinә dәyib! Adamlardan sirr
saxlamaq olar?
– Allah xoşbәxt elәsin, reb Tevye! Qoşa qarısınlar! Toy nә
vaxtdır?
326