Page 321 - Sholom_Aleyhem_Макет 1
P. 321

Südçü Tevye
          amma gecә-gündüz arı kimi çalışırıq, bir dәqiqә dә olsun, rahatlıq
          tapa bilmirik.
             – Günahdır, reb  Tevye, – dillәnir. – Belә demәyin. İndi
          әvvәlkindәn daha varlısınız!
             – Allah hәr ikimizә o qәdәr versin ki, qoymağa yer tapmayaq, –
          deyirәm. – Gileylәnmirәm, buna da şükür.  Talmutda yazılıb:
          “Askakurdo demaskanto dekurnose defarsmaxto...” Özüm isә
          fıkirlәşirәm: “Leyzer-Volf, sәni görüm, bәlaya tuş gәlәsәn, başına
          daş düşsün, soyğunçu qaniçәn! Ömründә buna bәnzәr sözlәr
          eşitmisәn? Әslindә, Talmutda heç belә sözlәr yoxdur, özümdәn
          uydurmuşam...”
             – Siz, – deyir, – hәmişә müdrik kәlamlar söylәyirsiniz. Yaxşı
          ki, reb Tevye, sözlәri düzgün tәlәffüz edirsiniz. Lakin bu müdriklik
          vә elmi biliklәr bizim nәyimizә gәrәkdir? Yaxşısı budur, işdәn
          danışaq. Әylәşin, reb Tevye, – göstәriş verir. – Çay gәtirin!
             Bu vaxt yastıburun qadın sanki yerin altından çıxıb samovarı
          qapır vә mәtbәxә cumur.
             – İndi, – Leyzer-Volf söhbәtә başlayır, – tәklikdә, sakitcә
          oturub öz işlәrimizdәn rahat danışa bilәrik. Reb Tevye, çoxdandır
          bu barәdә sizinlә mәslәhәtlәşmәk istәyirdim, qızınıza dәfәlәrlә
          demişәm ki, atanız, zәhmәt olmasa, yanıma gәlsin... Mәnim
          gözümә xoş...
             – Bilirәm, – sözünü kәsirәm, – yaxşı bilirәm, gözünüz nәyi
          tutub, amma nahaq yerә, boş yerә әllәşmәyin, bu işdәn bir şey
          çıxmaz, reb Leyzer-Volf, heç nә alınmaz!
             – Niyә? – ürkәk baxışlarını mәnә zillәyir.
             – Elә ona görә! – deyirәm. – İl çox, ay çox! Mәn heç yerә
          tәlәsmirәm, qiyamәtdir mәgәr?
             – Gözlәmәyin nә mәnası? Mәsәlәni elә bu dәqiqә hәll etmәk
          olar.
             – Birinci sәbәb, dediyim kimi budur, yәni tәlәsәn yerim
          yoxdur – sözümә davam edirәm, – ikincisi, ürәyim gәlmir,
          qıymıram, yazığım gәlir...
             – İşә bax! – Leyzer-Volf istehza ilә gülür. – Bu yoxsulların
          naz-qәmzәsi bitmәk bilmir dә! Söhbәtimizә kәnardan qulaq asan




                                                              321
   316   317   318   319   320   321   322   323   324   325   326