Page 319 - Sholom_Aleyhem_Макет 1
P. 319

Südçü Tevye



                            Zәmanә uşaqları

             Mәn bunu sizin “zәmanә uşaqları” ifadәnizә görә deyirәm...
             “Uşaqlarımı böyüdüb boya-başa çatdırmışam...” Demәk
          asandır – uşaq törәt, әllәş, gecә-gündüz çalış-vuruş, özünә qıyma...
          Nәyin naminә? Daim düşünürsәn: olmadı elә, oldu belә! Hәr kәs
          ağlına vә imkanına görә hәrәkәt etmәlidir. Әlbәttә, fabrikant
          Brodski ilә ayaqlaşmaq mümkün deyil, amma özümü fağır hesab
          etmirәm, ayaq altında qalanlardan da deyilәm, mәn dә, arvadım
          da, canı sağ olsun, dәrzidәn vә çәkmәçidәn törәmәmişik... Hәmişә
          ümid edirdim ki, qızlarım böyüyәndә dadıma çatacaqlar. Niyә?
          Birincisi,  Allah mәnә gözәl qızlar bәxş edib, sizin dediyiniz
          kimi, gözәl çöhrә elә cehizin yarısı demәkdir. İkincisi,  özüm dә,
          Allahın kömәyi ilә, daha әvvәlki  Tevye deyilәm, – qızlarıma
          yaxşı adaxlı tapa bilәrәm, hәtta elә Yequpetsin özündәn dә, düz
          demirәm? Göydә mәrhәmәtli Allah var, mәni bәrkә-boşa salır,
          sınaqdan çıxarır. Allah deyir: “Tevye, boş-boş şeylәri başından
          at, qoy hәr şey necә varsa, elә dә davam etsin!..” Qulaq asın,
          görün dünyada nәlәr olur? Belә әhvalatlar kimin başına gәlә
          bilәr? Әlbәttә, Tevye kimi xoşbәxtlәrin…
             Uzatmağın nә mәnası? Yәqin, bu yaxınlarda başıma gәlәnlәri
          unutmamısınız, hә? Qohumcuğazım Menaxem-Mendl ilә olan
          әhvalatı deyirәm – onunla  Yequpetsdә, qızıl imperiallar vә
          Potivilov aksiyaları ilә bağlı bir iş görüb böyük pullar qazanmalı
          idik. Belә uğuru düşmәnlәrimә arzulayıram! Hәmin vaxt çox
          pәrişan olmuşdum! Fikirlәşirdim ki,  Tevye, daha axırın çatıb,
          süd tәsәrrüfatın batdı!
             Bir dәfә qarım dedi:
             – Axmaqsan, ay kişi! Bәsdir dәrd içindә sızıldadın, bunun nә
          xeyri? Canına, әsәblәrinә yazığın gәlsin. Birdәn quldurlar basqın
          edib sәni soysaydılar, onda necә?... Yaxşısı budur, get Anatovkaya,
          qәssab Leyzer-Volfun yanına, deyirdi, sәn ona çox lazımsan...
             – Nә olub, görәsәn? Mәni niyә tәcili görmәk istәyir? Әgәr
          söhbәt bizim boz inәkdәn gedirsә, onu satmaq fikrim yoxdur!




                                                              319
   314   315   316   317   318   319   320   321   322   323   324