Page 322 - Sholom_Aleyhem_Макет 1
P. 322
Şolom Aleyxem
olsa, elә bilәr, gözünüzün ağı-qarasından bәhs edirik. Reb Tevye,
göz dәymәsin, axı sizin kifayәt qәdәr...
– Qoy olsun! – cavab verirәm. – Tәlәsmәyin nә mәnası? Qoy
yaşasınlar, hәlә vaxtı çatmayıb... Mәnә hәsәd aparan qoy mәnim
günümә düşsün...
– Hәsәd? – soruşur. – Bunun mәsәlәyә nә dәxli? Әksinә, tәki
göz dәymәsin, biri digәrindәn qәşәngdir, istәrdim... Başa düşür -
sünüz? Reb Tevye, mәlumunuz olsun ki, bu iş sizә böyük xeyir
gәtirәcәk.
– Hә, hә, – cavab verirәm, – sәxavәtiniz alәmdә mәşhurdur!
Eşidәnin gözü kәllәsinә çıxır! Sizdәn qışda buz almaq olmur...
Bunu kim bilmir?
– Ah... – şirin sәslә dillәnir. – Reb Tevye, keçmişlә indini
niyә müqayisә edirsiniz? O vaxt dövran başqa idi, indi isә zәmanә
dәyişib: axı biz qohum olmağa hazırlaşırıq, düz demirәm?
– Necә yәni qohum?
– Sadәcә, – deyir, – qohum necә olur?
– Üzr istәyirәm, reb Leyzer-Volf, sizcә, burada oturub nә
barәdә sövdәlәşirik?
– Reb Tevye, bayaqdan nәdәn danışırıq?
– Necә yәni, nәdәn? – suala sualla cavab verirәm. – Mәndәn
almaq istәdiyiniz boz inәkdәn!
– Ha-ha-ha! – qәhqәhә çәkir. – İnәk, özü dә boz! Ha-ha-ha!..
– Anlamadım, bәs söhbәt nәdәn gedir, reb Leyzer-Volf?
Deyin, mәn dә gülüm.
– Qızınızdan!– cavab verir. – Mәn Seytl barәdә danışıram!
Bilirsiniz ki, reb Tevye, iraq sizdәn, dul qalmışam. Fikirlәşdim
ki, xoşbәxtliyi kәnarda axtarmağın nә mәnası? Hәm dә bu elçilik
adәti kimә lazımdır? Bir-birimizi yaxşı tanıyırıq, açığı, qızınızdan
xoşum gәlir, cümә axşamları dükanda görürәm, hәtta ağzını da
aramışam, görünür, sakit qızdır... Bildiyiniz kimi, varlı adamam,
göz dәymәsin, ev-eşiyim, iki anbarım, tәsәrrüfatım var! Vallah,
gileylәnmәk günahdır. Çardaqda dәri ehtiyatım, sandıqda da pis
gün üçün bir az pulum var... Reb Tevye, qaraçılar kimi, mәzhәkә
322