Page 325 - Sholom_Aleyhem_Макет 1
P. 325

Südçü Tevye

             – Boş şeydir! – deyirәm. – Yemәk nәdir ki? Varlı da, kasıb da
          yemәyә bir parça çörәk tapır. Siz imkanlı olsanız da, adi adamsınız,
          heç bilmirәm, qızımı necә qiymәtlәndirәcәksiniz? Bilirsiniz necә
          bişirir? Reb Leyzer-Volf, balığı elә hazırlayır ki, barmaqlarını
          yala! Qızımın qızartdığı balığın dadına baxmaq üçün gәrәk ona
          layiq olasan...
             – Reb Tevye, üzr istәyirәm, danışmaq bizi lap әldәn saldı!
             Nә isә, xeyli mırt vurduq, ikimiz dә bir az keflәnmişdik,
          çünki mәn evә gәlәndә gecәdәn xeyli keçmişdi, ayaqlarımı güclә
          sürüyürdüm... Allah canını sağ elәsin, arvadım dәrhal duydu ki,
          kefliyәm, xeyli danladı.
             – Yavaş danış, Qolda, әsәbilәşmә! – deyirәm vә sevincdәn
          uçuram. – Çığır-bağır salma, әzizim, bizi tәbrik elәmәk olar!
             – Tәbrik? Nә münasibәtlә? – soruşur. – Boz inәyin әlimizdәn
          getmәsi münasibәtilә? Axır ki, onu Leyzer-Volfa satdın, hә?
             – Başımıza ondan da pis iş gәldi, – deyirәm.
             – Başqasına dәyişdin? Leyzer-Volfu aldatdın? Zavallı qәssaba
          kәf gәldin?...
             – Daha pis!
             – Adam kimi de görәk, nolub? – arvad sәsini qaldırır. – İşә
          bax, gәrәk sözü qaşıq-qaşıq çәkәsәn!
             – Qolda, sәni tәbrik edirәm! – gözlәrim gülür. – Bir-birimizi
          bağrımıza basıb öpmәliyik! Bizim Seytl nişanlanıb!
             – Söz danışdı da! – cavab verir. – Başın xarab olub, deyәsәn!
          Ağzına gәlәni danışırsan! Görünür, çox içmisәn!
             – Bir qәdәh, – deyirәm, – doğru sözümdür, Leyzer-Volf ilә
          adama bir qәdәh içmişik, sonra bir stәkan punş, amma ağlım
          başımdadır. Mәlumun olsun ki, Qolda, bizim Seytl, Allah mübarәk
          elәsin, ona, Leyzer-Volfa nişanlanıb!
             Vә bütün әhvalatı әvvәldәn-axıra kimi, әn xırda incәliklәrinә
          qәdәr ona danışdım.
             – Bilirsәn, Tevye, – arvadım deyir, – doğrudan da, ürәyimә
          dammışdı, Allah kömәyim olsun! Hiss edirdim ki, Leyzer-Volf





                                                              325
   320   321   322   323   324   325   326   327   328   329   330