Page 328 - Sholom_Aleyhem_Макет 1
P. 328
Şolom Aleyxem
Bәzәn adamı bәdbәxtlik basır: günün günortaçağı inәyin
düşüb ölür, ya da görürsәn, Yequpetsdәn olan kütbeyin qohum -
cu ğa zın Menaxem-Mendl kimi biri axırıncı qәpiyini әlindәn alır
vә bu vaxt sәnә elә gәlir ki, hәr şey bitib, dünya dağılır, “adamlar
yalançıdır”, yer üzündә hәqiqәt yoxdur... Bәs Allah nә edir?
Allah Leyzer-Volfa tәlqin edir ki, mәnim Seytlimi özünә arvad
elәsin, necә var, elә dә alsın, cehizsiz-filansız... Sәnә dönә-dönә
dua edәcәyәm, ilahi, çünki sәn, axır ki, nәzәrini Tevyeyә tәrәf
çevirdin, kömәyimә gәldin, övladımı xoşbәxt elәdin... Qızıma
qonaq gәlәndә onu bir xanım-xatın ev sahibәsi kimi görәcәyәm...
Dolablarda qalaq-qalaq pal-paltar var, anbarlar qaz yağı vә
mürәbbә bankaları ilә doludur, toyuq, qaz vә ördәklәr hәyәtdә
vurnuxur...
Birdәn at yamacdan endi, başımı qaldırıb baxmaq istәdim ki,
görüm haradayam? Qab-qacaqla birlikdә yerә sәrәlәnmişdim,
ara ba da üstümә aşmışdı. Çox çәtinliklә arabanın altından çıxdım,
dilxor olmuşdum, bütün hirsimi atın üstünә tökdüm:
– Başın batsın! Sәndәn kim xahiş edib ki, yamacdan dәli
kimi enib özünü göstәrәsәn? Az qala mәni bәdbәxt edәcәkdin,
üzü nü şeytan görsün!
Ürәyim soyuyana qәdәr dәrsini verdim. Görünür, igid at
sәhvini başa düşmüşdü, südü sağılmış inәk kimi başını aşağı
dikmişdi.
– Sәni görüm gәbәrәsәn! – arabanı qaldırıram, qab-qacağı
yığışdırıb yola düşürәm. “Arabanın aşmağı heç dә yaxşı әlamәt
deyil, – düşünürәm, – görәsәn, evdә bir hadisә baş vermәyib ki?”
Düşündüyüm başıma gәldi. İki verst gedәndәn sonra evә
yaxınlaşıram, görürәm, bir qadın mәnә tәrәf gәlir. Bilmirәm nә
üçün, amma Seytli görәndә ürәyim düşdü. Arabadan atıldım.
– Seytl, sәnsәn? Burada nә gәzirsәn?
Hönkürә-hönkürә mәni qucaqlayır.
– Allah kömәyin olsun, qızım, niyә ağlayırsan?
– Ata, ata! – göz yaşlarını saxlaya bilmir.
328