Page 333 - Sholom_Aleyhem_Макет 1
P. 333

Südçü Tevye

             – Buna bir baxın! – deyirәm. – Tevyenin Seytl adlı gözәl-
          göyçәk qızı var, sәnin isә adın Motl Kamzoldur vә dәrziliklә
          mәşğulsan. Qızımda elә bir nöqsan tapa bilәrsәn ki, onu
          sevmәyәsәn?
             – Yox, – cavab verir, – mәsәlә bunda deyil, mәni düzgün ba -
          şa düşmәdiniz. Demәk istәyirdim, qızınızı sevirәm, o da bir ildәn
          çoxdur mәni sevir, bir-birimizә söz vermişik ki, evlәnәk. Dәfәlәrlә
          sizinlә danışmaq istәmişәm, amma tikiş maşını üçün bir az pul
          yığana, әyin-baş alana kimi bu işi tәxirә salmışdım. Çünki indiki
          zamanda hәr adi oğlanın gәrәk iki kostyumu vә bir neçә jileti
          olsun...
             – Lәnәtә gәlәsәn! – deyirәm. – Uşaq kimi danışırsan. Bәs
          toydan sonra dolanışığınız necә olacaq?  Ağzınızı iynә-sapla
          tikәcәksiniz, yoxsa qızıma jilet yedirdәcәksiniz?
             – Sizә tәәccüb edirәm, reb  Tevye, doğrusu, belә sözlәri
          eşitmәk heç dә xoş deyil! Yәqin, siz evlәnәndә heç eviniz dә yox
          idi, amma indi... Adamlar necә, mәn dә elә... Axı әlimdә, heç
          olmasa, sәnәtim var...
             Nә isә, mәni dilә tuta bildi. Özümü aldatmağın nә mәnası?
          İndiki cavanlar necә evlәnir? Әgәr ucundan tutub ucuzluğa
          getsәk, gәrәk bizim vәziyyәtdә olanlar heç vaxt evlәnmәsinlәr...
          Ancaq bir şey mәnә tәsir elәyirdi vә bunu heç cür başa düşә
          bilmirdim: “bir-birimizә söz vermişik” nә demәkdir? Bunlar
          hәyat barәdә nә düşünür? Oğlan qızla görüşür vә deyir: “Bir-
          birimizә söz verәk ki, evlәnәcәyik...” Sadәcә söz! Әcәb hәyatdır!
          Gördüm ki, Motl günahkar kimi başını aşağı dikib, danışığı da
          ciddidir, başqa fikri ola bilmәz. İndi gәlin bu mәsәlәyә başqa
          tәrәfdәn baxaq: nәyә görә tәrslik edib Motlla haqq-hesab çәkirәm?
          Özüm hansı nәsildәnәm? Yoxsa qızıma bol cehiz, qucaq-qucaq
          pal-paltar verәcәyәm? Düzdür, Motl Komzol dәrzidir, amma
          yaxşı oğlandır, çalışqandır, ailәsini dolandıra bilәr, hәm dә tәmiz
          adamdır. Bundan artıq nә lazımdır? “Tevye, – öz-özümә deyirәm, –
          bәsdir lovğalandın vә Müqәddәs kitabda yazıldığı kimi söylә:
          “Sözünә inanıram! Allah xoşbәxt elәsin!”





                                                              333
   328   329   330   331   332   333   334   335   336   337   338