Page 335 - Sholom_Aleyhem_Макет 1
P. 335

Südçü Tevye

          Bir qurtum su ver, sonra yuxumu danışım.  Amma, qorxma,
          Qolda, ürәyinә başqa şey gәlmәsin.
             – Bizim müqәddәs kitablarda deyilir ki, yuxunun üçdә biri
          çin ola bilәr, qalanları boş, mәnasız şeylәrdir...
             – Әvvәlcә gördüm ki, evimizdә tәntәnәdir, – yuxunu danışmağa
          başladım. – Bilmirәm toy idi, yoxsa nişan, – amma çoxlu adam
          gәlmişdi: qadın, kişi, ravvin, qәssab... musiqiçilәr!.. Birdәn qapı
          açılır vә sәnin nәnәn Seytl daxil olur, Allah ona rәhmәt elәsin...
             Seytl nәnәnin adını eşidәn kimi, arvadımın üzü ağappaq oldu
          vә soruşdu:
             – Arvad üzdәn necә görünürdü? Nә geymişdi?
             – Üzdәn? Heç düşmәnimә dә belә sifәt arzulamıram: mum
          kimi sarı, әynindә dә ağ kәfәn... Seytl nәnә deyir: “Tәbrik
          edirәm!” Çox mәmnunam ki, mәnim adımı verdiyiniz qızınız
          Seytli әrә vermәk üçün belә yaxşı, lәyaqәtli adaxlı seçmisiniz.
          Motl Kamzol, dayım Mordxanın şәrәfinә bu adı daşıyır, dәrzi
          olsa da, canlara dәyәn oğlandır.
             – Bu dәrzi haradan çıxdı? – Qolda soruşur. – Bizim nәsildә
          melamedlәr, kontorlar, sinaqoq xidmәtçilәri, qәbirqazanlar, hәtta
          dilәnçilәr olsa da, nә dәrzi, Allah elәmәmiş, nә dә çәkmәçi var...
             – Sözümü kәsmә, Qolda! – deyirәm. – Yәqin, nәnәn Seytl
          daha yaxşı bilir... Tәbriki bitirәndәn sonra ona deyirәm: “Nәnә,
          niyә deyirsiniz ki, Seytlin adaxlısının adı Motldur vә o, dәrzidir?
          Adaxlının adı Leyzer-Volfdur vә qәssabdır!” – “Yox, – nәnә
          cavab verir, – yox,  Tevye, Seytlin adaxlısının adı Motldur vә
          oğlan dәrzidir! Seytl onunla qocalana qәdәr gözәl vә firavan
          ömür sürәcәk” – “Yaxşı, nәnә, bәs Leyzer-Volf necә olsun? Axı
          dünәn ona söz vermişәm”. Bunu eşidәn kimi Seytl nәnә yoxa
          çıxdı! Әvәzindә Leyzer-Volfun arvadı Frume-Sora peyda olub
          mәnә müraciәt etdi: “Reb Tevye, sizi hәmişә lәyaqәtli vә Allahdan
          qorxan adam hesab etmişәm... Necә ola bilәr ki, belә bir işә
          qәrar vermisiniz? Razı olmusunuz ki, qızınız varisim olsun,
          evimdә yaşasın, paltarlarımı geyinsin, bәzәk әşyalarımı,
          mirvarilәrimi taxsın?” – “Mәnim günahım nәdir? – soruşuram. –
          Axı bu, Leyzer-Volfun istәyidir!” – “Leyzer-Volfun? – etinasızlıqla




                                                              335
   330   331   332   333   334   335   336   337   338   339   340