Page 340 - Sholom_Aleyhem_Макет 1
P. 340
Şolom Aleyxem
– Özün dә mәktәbdә oxuyursan?
– Mәktәbdә oxuyuram, – cavab verir.
– Hә, nә olar, lap әcәb elәyirsәn! Әzizim, söylә görәk, bәs nә
ilә dolanırsan?
– Nә yeyirәm, elә onunla da dolanıram, – bildirir.
– Belә de! Afәrin! Bәs nә yeyirsәn? – soruşuram.
– Nә versәlәr!
– Başa düşürәm, iştahan böyük deyil, – deyirәm. – Aza qane
olansan. Tәki yemәyә bir şey olsun. Әgәr tapmasan, dodaqlarını
çeynәyirsәn, ya da ac yatırsan. Demәli, mәktәbdә oxumaq üçün
canını fәda edirsәn, hә? Yequpets varlıları kimi yaşamaq istәyirsәn?
Müqәddәs kitabda yazıldığı kimi: “Hamı sevimli, hamı mәşhur...”
Onunla bu tәrzdә danışıram, bacardığım qәdәr mәsәl çәkirәm,
rәvayәt söylәyirәm. Amma, bilin ki, o, yәni Perçik dә söz altında
qalanlardan deyil.
– Varlılarla ayaqlaşmağı әsla arzulamıram, – deyir. – Tüpürüm
onlara!
– Deyәsәn, varlılarla әdavәtin var, hә? Bәlkә, atandan qalmış
mirası onlarla bölüşdürә bilmәmisәn?
– Mәlum olsun ki, onların miraslarına mәnim, sizin,
ümumiyyәtlә, hamımızın daha çox haqqı var!
– Qulağını aç, yaxşı eşit, – gözlәrimi bәrәldirәm. – Yaxşısı
budur, sәn sus!... Görürәm, dәrrakәli oğlansan, dilin başına bәla
ola bilәr... Vaxtın varsa, axşam bizә gәl, söhbәtlәşәrik, hәm dә
şam edәrik...
Oğlan dәvәti qәbul edib özünü vaxtında çatdırdı, borş masanın
üstündә idi, kökәlәr dә tavada qızarırdı.
– Әla, – deyirәm, – yemәyin üstünә gәlmisәn, demәli,
qayınanan sәni çox sevir. Әllәrini yuya bilәrsәn, sonra süfrә
arxasına keç. Mәn Allahın vәkili deyilәm, ürәyin istәyәn kimi
hәrәkәt et, elә bil öz evindәsәn, sәrbәst ol!
Oradan-buradan söhbәtlәşirik vә hiss edirәm ki, bu oğlana
bağlanıram. Sәbәbini özüm dә bilmirәm. Söz qanan adama can
qurban! Bәzәn eyhamla danışıram, mәsәl çәkirәm, әhvalat
söylәyirәm. Bәs necә? Tevyeni nә bilmisiniz?
340