Page 345 - Sholom_Aleyhem_Макет 1
P. 345

Südçü Tevye

             – Bilmirsiniz, adaxlı olmaq nәdir? – oğlan cavab verir. –
          Yәni mәn – onun adaxlısıyam, o da mәnim!
             Fefer bunu deyib gözümün içinә baxır. Mәn dә nәzәrlәrimi
          ondan çәkmәyib soruşuram:
             – Bәs nişan nә vaxt oldu? Mәrasimә mәni niyә çağırmadınız?
          Hәr halda, doğmayam, düz demirәm?
             Zarafat etsәm dә, yәqin, başa düşürsünüz ki, ürәyimdәn qara
          qanlar axır. Tevyenin hövsәlәsi var, o, arvad deyil! Tevye axıra
          qәdәr qulaq asa bilәr...
             – Başa düşmürәm, – deyirәm. – Bu, necә nişanlanmaqdır?
          Nә elçi var, nә dә nişan mәrasimi…
             – Elçi nәyә gәrәk? – Fefer cavab verir. Biz çoxdan adaxlıyıq.
             – Doğrudan? Bu ki lap möcüzәdir! Bәs indiyә kimi niyә
          susurdunuz?
             Bu mәqamda hövsәlәm çatmadı... Necә deyәrlәr, su boğaza
          dirәndi, sanki yarama duz tökdülәr. Yenә “adaxlı” desәydi, dәrd
          yarıdır, tutaq ki, bir-birinin xoşuna gәlirlәr. Amma “nişanlanmışıq”
          kәlmәsini uda bilmәdim. Oğlan başa düşdü ki, özümü itirmişәm,
          halım dәyişib.
             – Başa düşürsünüz, reb Tevye, mәsәlә burasındadır ki, yola
          düşmәyә hazırlaşıram.
             –  Nә vaxt gedirsәn?
             – Tezliklә.
             – Hara?
             – Bunu söylәyә bilmәrәm, – deyir, – sirdir!
             Başa düşürsünüz? Sirdir! Buna sözünüz nәdir? Fefer adlı
          bәstәboy, qarayanız bir oğlan gәlib özünü adaxlı elan edir, deyir,
          nişanlıyam, sonra yola düşәcәyini bildirir, getdiyi yeri dә demir.
          Әsәbdәn partlamayasan, neylәyәsәn?
             – Yaxşı da! – deyirәm. – Sirdir, qoy sirr olsun... Sәnin hәr
          işin sirdir... Ancaq, qardaşım, söylә görәk: axı hәmişә әdalәtdәn
          dәm vurursan, insanlara sevgidәn danışırsan, bәs necә olur,
          qәfildәn  Tevyenin qızını alıb, onu әri sağ-salamat ola-ola dul
          qadına çevirirsәn? Sәncә, bu, әdalәtdir? İnsanlara sevgidir? Yaxşı
          ki, hәlә mәni talan etmәmisәn, evimә od vurmamısan...




                                                              345
   340   341   342   343   344   345   346   347   348   349   350