Page 349 - Sholom_Aleyhem_Макет 1
P. 349
Südçü Tevye
Qızıl payızdan gözәl nә var? Günәş yandırmır, sәrin hava
lәzzәt verir, xәfif payız mehi adamın ürәyinә yağ kimi yayılır.
Meşә yaşıldır, şam ağaclarından hәlә dә qatran qoxusu gәlir,
yaşıllıq cәnnәti xatırladır. Fikirlәşirәm ki, Allah әziz bayramda
xoş qәdәmlәrini buradan salıb. Boyberiki tanımaq olmur. Adamların
bir parça çörәk üçün dәli kimi ora-bura vurnuxduğu, gecә-gündüz
sәs-küyә qәrq olmuş, pulun hakim kәsildiyi şәhәrdәn әsәr-әlamәt
qalmayıb! Bayram axşamlarında şәhәrin gözәlliyindәn doymaq
olmur: mavi sәmada bәrq vurub sayrışan ulduzlar göz oxşayır!
Bәzәn görürsәn ki, ulduz axdı, özündәn sonra bir neçә saniyә izi
qaldı – bu, kiminsә ömrünün bitdiyinә, xoşbәxtliyinin sona
çatdığına işarәdir. Axı hәr ulduz bir insan taleyidir.... “Tәki taleyi
uğursuz olmasın”, – Qodlu yadıma salıram. Neçә gündür, özünә
gәlib, canlanıb, әhvali-ruhiyyәsi yaxşılaşıb. Kimdәnsә mәktub
alıb, görünür, Perçikdәndir. Nә yazdığını bilmәk istәrdim, amma
soruşmağa cürәtim çatmır. Qodl susur, mәn dә dillәnmirәm. Elә
bil ağzına su alıb. Mәn dözürәm. Әlacım nәdir? Tevye arvad
deyil, gözlәyә dә bilәr!
Elә bu vaxt Qodl gәlib yanımda oturur, sakitcә deyir:
– Ata, bilirsәn, vacib bir şey demәliyәm: bu gün sәninlә
vidalaşıram... Hәmişәlik...
Qız elә astadan danışır ki, sәsini güclә eşidirәm. Qәribә
baxışları var, ömrümün axırınadәk unutmaram. Birdәn ağlımdan
әcaib bir fikir keçdi: “Bәlkә, intihar etmәk, özünü öldürmәk
istәyir? Bu dәhşәtli fikir haradan ağlıma gәldi?” Mәsәlә burasındadır
ki, qonşuluqda belә bir hadisә olmuşdu: yәhudi qızı kәndli oğlana
vurulmuşdu. Nakam mәhәbbәtin sonu necә oldu? Yәqin, başa
düşürsünüz? Anası dәrddәn xәstәlәnib öldü. Atası var-yoxdan
çıxıb dilәnçi kökünә düşdü. Oğlan fikrini dәyişib başqası ilә
evlәndi. Qız isә özünü çaya atdı...
– Bu, nә demәkdir? Necә yәni mәnimlә hәmişәlik vidalaşırsan? –
soruşuram vә başımı aşağı dikirәm ki, göz yaşımı görmәsin.
– Bu, o demәkdir ki, sabah tezdәn yola düşürәm... – cavab
verir. – Bir daha görüşmәyәcәyik... heç vaxt…
349