Page 351 - Sholom_Aleyhem_Макет 1
P. 351

Südçü Tevye
          demәli, bütün qәlblәri ilә hәmin adama bağlanacaqlar, geriyә yol
          yoxdur!
             Nә isә, bütün gecәni belәcә yanaşı oturduq. Daha çox
          susurduq, bәzәn astadan bir-iki kәlmә kәsirdik... Dözmәyib
          soruşdum: harada görünüb, qız ancaq ona görә әrә gedir ki,
          sonradan sevdiyi adamın ardınca dünyanın o başına yollansın?
             Qodlun gözlәri yol çәkdi:
             – Onunla lap cәhәnnәmә dә gedәrәm!
             Çalışıram başa salım ki, bu, mәnasız işdir, ağılsızlıqdır. O isә
          fikrini mәnim başa düşә bilmәdiyim tәrzdә izah edir. Misal
          çәkirәm: toyuğun altına ördәk yumurtası qoyurlar. Balalar yu-
          murtadan çıxan kimi çaya qaçır, suya baş vurur, yazıq toyuq isә
          qaqqıldayıb baxa-baxa qalır.
             – Buna nә deyirsәn, qızım? – soruşuram.
             – Nә deyә bilәrәm? – qәmgin-qәmgin dillәnir. – Әlbәttә,
          toyuğa yazığım gәlir. Amma onun qaqqıldamasına görә ördәk
          balaları suda üzmәmәlidir?
             Tevyenin qızı boş-boş danışmaz...
             Belәliklә, dan yeri ağarmağa başlayır.  Arvadım deyinir,
          dәfәlәrlә bizi evә sәslәyib. Gәlmәdiyimizi görüb pәncәrәdәn
          boylanır, mәni danlayır.
             – Tevye, nә fikrә getmisәn orada?
             – Özünü әlә al, Qolda! – deyirәm. – Müqәddәs kitabda
          yazılıb: “Ey insanlar, hiddәtlәnmәk nәyә lazımdır?” Bu gecә
          yatmaq olmaz, çünki göylәrdә taleyimiz hәll olunur. Qulaq as,
          Qolda, zәhmәt olmasa, samovara od sal, çay içәk, sonra atı
          qoşub Qodlu vağzala aparacağam.
             Hәmişәki kimi, yenә uydururam, guya, Qodl Yequpetsә gedir,
          oradan da miras mәsәlәsini hәll etmәk üçün sәfәrә yollanacaq,
          lazım gәlsә, bütün qışı orada qalacaq, bәlkә, növbәti yayı, qışı da
          orada keçirәcәk. Bunu ona görә deyirәm ki, arvad sәfәr tәdarükü
          görsün: alt paltarları, yataq ağları, yastıqüzü, isti pal-paltar,
          qadına lazım olan hәr şeyi hazırladım.
             Tapşırıram ki, göz yaşı axıtmaq olmasın. Bu gün hәr yerdә
          bayramdır! “Bu gün ağlamaq olmaz!” Qanunda belә yazılıb!




                                                              351
   346   347   348   349   350   351   352   353   354   355   356