Page 352 - Sholom_Aleyhem_Макет 1
P. 352
Şolom Aleyxem
Sözümü vecә alan var? Xox, qorxdular! Göz yaşları sel kimi
axır!
Vida anı gәlәndә hamı – ana, uşaqlar, Qodl da hönkürmәyә
başlayır. Böyük qızım Seytl hamıdan çox hәyәcan keçirir (bayram -
larda әri Motl Kamzol ilә bizә gәlir). Bacılar bir-birinә sarılıblar,
onları güclә ayırırıq. Özünü әlә alıb daş kimi dayanan tәkcә
mәnәm. Әlbәttә, kәnardan belә görünür... İçim samovar kimi
qaynasa da, büruzә vermirәm. Tevye – arvad deyil...
Boyberikә çatana kimi susduq, ancaq stansiyaya yaxınlaşanda
xahiş etdim ki, Feferin nә günah işlәtdiyini mәnә anlatsın. “Axı
hәr şeyin bir sәbәbi olmalıdır!” Qız özündәn çıxdı, and içmәyә
başladı ki, Fefer aydan arı, sudan durudur!
– Elә adamdır ki, özü barәdә heç vaxt düşünmür, – deyir. –
Bütün varlığı ilә başqalarının rifahı, xoş güzәranının qayğısını
çәkir, fәhlәlәr, zәhmәtkeş xalq üçün mücadilә verir!
– Demәli, yer üzündәki bütün insanların qayğısını çәkir? –
deyirәm. – Belә yaxşı adamdırsa, bәs niyә yer üzü onun qayğısına
qalmır, hә? Ona – sәnin Aleksandr Makedonskinә salamımı yetir,
söylә ki, lәyaqәtinә etibar edirәm. Axı o, tәpәdәn-dırnağadәk
әdalәt mücәssәmәsidir, ümid edirәm, qızımı aldatmaz, nә vaxtsa
qoca ataya mәktub yazar…
Bu sözlәri eşidәndә qız birdәn boynumu qucaqlayıb ağlamağa
başladı.
– Vidalaşaq, – dedi. – Salamat qal, ata! Allah bilir, bir dә nә
vaxt görüşәcәyik!..
Bax belә! Bu mәqamda özümü saxlaya bilmәdim...
Bilirsiniz, Qodlun uşaqlıq çağlarını xatırladım, körpә idi...
lap balaca... qucağımda gәzdirirdim... Üzr istәyirәm, özümü
belә... lap arvad kimi... Әgәr bilsәydiniz, Qodl mәnimçün nәdir?
Bircә bunu anlasaydınız! Mәktublarını oxuyardınız… İndi qızım...
Uzaq, soyuq yerlәrdәdir... Yox, dözülәsi dәrd deyil… Danışa
bilmirәm... Pan Şolom Aleyxem, gәlin yaxşı şeylәrdәn danışaq.
Mәsәlәn, vәba epidemiyası barәdә. Odessadan nә xәbәr?
352