Page 348 - Sholom_Aleyhem_Макет 1
P. 348
Şolom Aleyxem
Uzun sözün qısası, bir hәftә keçdi, iki hәftә oldu, dörd, beş,
altı, yeddi hәftә arxada qaldı, Feferdәn sәs-soraq yoxdur. Nә
mәktub gәlir, nә xәbәr.
– Qeyb oldu bizim Fefer, – deyib Qodla baxıram. Qızın rәngi
ağarıb. Yazıq özünә yer tapa bilmir, dәrdini bölüşmәyә adam
axtarır... Amma özünü elә aparır ki, sanki heç vaxt Perçik adlı
adam olmayıb!
Bir gün evә gәlәndә görürәm ki, Qodl ağlayıb, gözlәri şişib.
Mәlum olur ki, az öncә uzunsaçlı bir gәnc gәlib Qodlla nә
barәdәsә pıçıldaşıb. “Aha! – fikirlәşirәm. – Yәqin, valideynlәrinin
yanından qaçan, köynәyini şalvarının üstündәn salan hәmin
gәncdir...” Qodlu sәslәyib sorğu-suala tuturam.
– Qızım, xәbәr var?
– Hә.
– Haradadır?
– Uzaqda!
– Nә iş görür?
– Hәbsdәdir.
– Hәbsdә?
– Hә.
– Nә üstә tutublar?
Gözümün içinә baxıb susur.
– Qızım, – deyirәm, – aydındır ki, onu oğurluğa görә hәbs
etmәyiblәr. Madam oğru-quldur deyil, bәs nәyә görә hәbs olunub,
günahı nәdir?
Yenә susur. “Demirsәnsә, – fikirlәşirәm, – heç lazım da
deyil! Özün bilәrsәn! Vecimә deyil, cәhәnnәm olsun!” Amma
ürәyim ağrıyır. Necә dә olsa, atayam! Duada deyilir: “Atanın
hәmişә övladlarına rәhmi gәlir”, – atanın yerini nә verәr?
Sözün qısası, bayramın yeddinci günü idi. Belә vaxtlarda
dincәlmәyә, atıma da istirahәt vermәyә adәt etmişәm. Müqәddәs
kitabda yazıldığı kimi: “Sәn vә öküzün, eşşәyin dincәlmәlidir,
arvadın vә atın...” İndi Boyberikdә nisbәtәn sakitlikdir: payız
gәlәndә varlı yaylaqçılar gedir vә Boyberik kimsәsiz mәkana
dönür. Bu, mәnim üçün әn yaxşı zamandır. Hәr ötәn gün Allahın
nemәtidir.
348