Page 343 - Sholom_Aleyhem_Макет 1
P. 343

Südçü Tevye

          deyildiyi kimi: “Azadlıq vә qurtuluş başqa yerdәn gәlir”, münasib
          adaxlını özümüz dә axtarıb taparıq...
             – Müdrik kәlamlardan әl çәkmirsiniz! – deyir. – Sizinlә
          danışmaq üçün gәrәk hazırcavab olasan! Atalar sözü, mәsәllәrin
          mahir bilicisi sayılırsınız! Yaxşısı budur, qulaq asın, görün Efraim-
          Şadxen nә tәklif edir? Dinlәyin, ancaq dәrhal cavab vermәyin!
             Efraim mәsәlәnin mәğzini açır... Hә, nә deyim? Hәqiqәtәn,
          qeyri-adi tәklifdir! Birincisi, namizәd çox yaxşı ailәdәndir,
          hörmәtli adamın oğludur, әsil-nәcabәti var. Razılaşın ki, bu, hәr
          şeydәn vacibdir, çünki özüm dә yaxşı nәsildәnәm.  Ailәmiz,
          әsasәn, sadә adamlardan ibarәtdir: sәnәtkar da var, sahibkar da…
          Adaxlı hәm dә savad sahibidir, hәr şeydәn başı çıxır, bu isә
          mәnim gözümdә müsbәt cәhәtdir – cahillәrdәn zәhlәm gedir!
          Mәncә, cahil, deyingәn arvaddan min dәfә pisdir! Papaqsız gәz,
          baş-ayaq dur, amma savadın varsa, Raşidәn başın çıxırsa, demәli,
          mәnim adamımsan. Tevyenin tәlәbi belәdir!
             – Әn әsası, – Efraim sözünә davam edir, – oğlan varlıdır,
          pulu çoxdur, ikiatlı karetdә elә çapır ki, toz-torpaq әrşә qalxır...
             – Nә deyirәm, bu, böyük nöqsan deyil. Kasıb yaşamaqdansa,
          qoy varlı olsun. Müdriklәr deyib: “Yoxsulluq İsrailә yaraşır” –
          Allah da yoxsulları sevmir. Әgәr sevsәydi, yoxsullar bu vәziyyәtdә
          yaşamazdı!
             – Sözümü bitirmәmişәm, – Efraim deyir. – Oğlan sizinlә
          qohum olmaq istәyir, şam kimi әriyib, dәrd çәkir. Yәni sizә görә
          yox, qızınızdan ötrü. Gözәl qızla evlәnmәk istәyir.
             – Doğru deyirsәn? – soruşuram. – Qoy dәrd çәksin!
          Tәriflәdiyiniz oğlan kimdir? Subaydır? Duldur? Boşanıb?
             – Subaydır! – cavab verir. – Düzdür, yaşı bir az ötüb, amma
          subaydır.
             – Yaxşı, adını söylәyin…
             Efraim demәk istәmir.
             – Qızı Boyberikә gәtirin, onda deyәrәm!
             – Necә yәni qızı gәtir? – soruşuram. – Atdır, inәkdir bәyәm,
          satmaq üçün yarmarkaya gәtirim?
             Xülasә, özünüz dә bilirsiniz, Şadxen üçün bağlı qapı yoxdur,
          divarı da söküb keçәr. Qәrara gәldik ki, gәlәn hәftә, Allah qoysa,



                                                              343
   338   339   340   341   342   343   344   345   346   347   348