Page 346 - Sholom_Aleyhem_Макет 1
P. 346

Şolom Aleyxem

                – Ata! – Qodl dillәnir. – Sәn heç bilmirsәn ki, biz nә qәdәr
            xoşbәxtik, mәn dә, o da! Hәr şeyi sәnә açıb danışdıq. Üstümüzdәn
            ağır yük götürüldü! Gәl öpüşüb-görüşәk!
                Hәr ikisi mәni qucaqlayıb öpmәyә başlayır... Onlar mәni,
            mәn onları, arada fürsәt tapıb bir-birini dә öpürlәr! Mәzhәkәdir,
            vallah! Әsl teatr...
                – Bәlkә, kifayәtdir! – deyirәm. – Әsas mәsәlәdәn danışmaq
            lazımdır.
                – Hansı mәsәlәdәn? – soruşurlar.
                – Cehiz, pal-paltar, toyxәrci vә sair şeylәrdәn.
                – Bizә heç nә lazım deyil, – cavab verirlәr. – Heç nә!
                – Bәs nә lazımdır?
                – Yalnız nikah... – deyirlәr.
                Eşitdiniz dә? Bunun müqabilindә nә deyәsәn? Sözün bir
            әhәmiyyәti olacaq? Nә isә, әlacsız qalıb nikah kәsdirdik. Nә
            deyim, әlbәttә, nikah mәrasimi Tevyenin düşündüyü kimi olmadı...
            Bu tәrәfdәn dә arvad başımı dәng elәyib, әl çәkmir, deyir, qızı
            başa salım: tәlәsmәyә nә lüzum var? İndi gәl arvada anlat ki,
            yanğındır, alovu tez söndürmәk lazımdır!.. Arvaddan yaxa qur-
            tarmaq, qohum-әqrәba arasında dedi-qodu yaratmamaqdan ötrü,
            mәcbur olub, miras haqqında, oğlanın Yequpetsdәn olan varlı
            xalası barәdә qәribә bir әhvalat uydurmalıyam.  Gәrәk elә yalan
            düşünüb tapım ki, arvad әl çәksin, sakitlәşib otursun yerindә…
                Hәmin gün, o tәrifli toydan bir neçә saat sonra atı qoşdum,
            üçümüz – mәn, qız vә bir dә kürәkәn Boyberikә yola düşdük.
            Ara bada oturmuşam, kәnardan bu qoşa bülbüllәrә baxıb fikirlәşirәm:
            Allah böyükdür, bәs görәsәn, bu böyüklükdә dünyanı necә idarә
            edir? Allah nә qәdәr mәnasız, әcaib mәxluq yaradıb! Elә indicә
            evlәnmiş cütlüyü götürәk. Әr gedir, hara getdiyi dә mәlum deyil,
            arvad isә burada qalır. Heç olmasa, görüntü naminә gözlәri
            yaşaraydı! Amma ürәyimdәn keçәnlәri dilimә gәtirmәyib susuram.
            Tevye arvad deyil. Tevye hәr dәrdә dözә bilәr. Görәk axırı necә
            olacaq? Başabәla kürәkәnimlә vidalaşmaq üçün dilәnçi kökündә,
            cındır ayaqqabı geymiş iki gәnc dә gәlib. Onlardan biri köynәyini





             346
   341   342   343   344   345   346   347   348   349   350   351