Page 344 - Sholom_Aleyhem_Макет 1
P. 344
Şolom Aleyxem
qızı Boyberikә gәtirim. Şirin xәyallar mәni ağuşuna alıb aparır.
Tәsәvvür edirәm ki, mәnim Qoldam ikiatlı karetdә gәzir, hamı
da yanıb-tökülür... Tәmtәraqlı karetdәn çox mәnә hәsәd aparırlar,
çünki varlı qızımın sayәsindә xeyirxah işlәr görürәm, ehtiyacı
olanlara әl tuturam, borc verirәm – birinә iyirmi beş, digәrinә
әlli, kimәsә lap yüz rubl...
Xәyallar mәni mәst edib, atı qırmanclayıb evә yollanıram.
– Hә, Vol, tәrpәn görәk! – deyirәm. – Ayaqlarına güc ver,
cәld ol, bir qab vәlәmir verәcәyәm...
Çünki belә deyilir: “Çörәksiz elm dә yoxdur”, – atı hәvәs -
lәndirmәsәn, getmәz... Atla danışa-danışa, görürәm ki, meşә
yolunun kәnarı ilә iki nәfәr gedir – deyәsәn, bir kişi ilә bir
qadındır. Yanaşı addımlayırlar, nәsә qızğın söhbәt edirlәr. Ürәyimdә
fikirlәşirәm: “Bunlar kimdir, görәsәn?” İlahi, bu ki Feferdir!
Axşam vaxtı kiminlә gәzir? Әlimi gözlәrimin üstünә tutub
diqqәtlә baxıram: bәs qadın kimdir? Aha, deyәsәn, Qodldur!
Bәli, özüdür... Belә de! Demәli, dәrs oxumaq budur? Qrammatikanı
belә öyrәnirlәr, kitabı bu cür oxuyurlar? “Eh, Tevye! Axmaqsan,
vallah!” – düşünüb arabanı saxlayıram.
– Axşamınız xeyir! – deyirәm. – Nә var, nә yox? Burada
xeyir ola? Kimi gözlәyirsiniz?
Mәni görüb ayaq saxladılar, sualdan duruxdular, özlәrini
itirdilәr, rәnglәri qıpqırmızı oldu, susub başlarını aşağı dikdilәr…
Belәcә, sakitcә dayanmışıq. Sonra ikisi dә ürkәk baxışlarını
mәnә zillәyir...
– Hә, – deyirәm. – Dәvә nalbәndә baxan kimi, nә gözünüzü
döyürsünüz? Elә bil mәni çoxdandır görmәmisiniz. Hәmin
Tevyeyәm, necә vardımsa, elәyәm, heç dәyişmәmişәm.
Bu sözlәrlә nә hirsimi bildirirәm, nә dә onları lağa qoymaq
fikrim var. Qızım Qodlu isә xәcalәt tәri basıb:
– Ata, bizi tәbrik elә...
– Tәbrik edirәm! Allah xoşbәxt elәsin! Nә münasibәtlә?
Meşәdә xәzinә tapmısınız? – soruşuram. – Yoxsa böyük bәladan
qurtulmusunuz?
– Bizi tәbrik edin, – oğlan dillәnir, – adaxlıyıq!
– Necә yәni adaxlıyıq? – soruşuram.
344