Page 342 - Sholom_Aleyhem_Макет 1
P. 342
Şolom Aleyxem
– Dediyindәn belә çıxır ki, inәyi sağmaq, ya da atı arabaya
qoşub sürmәk әdalәtsizlikdir?
Ona bu cür dolaşıq suallar verirәm, necә deyәrlәr, divara
dirәyirәm, Tevye bunu yaxşı bacarır! Lakin Fefer dә söz altında
qalan deyil, hәr suala cavabı hazırdır! Özü dә necә! Düşündüyünü
dәrhal deyәcәk!
Bir dәfә, axşamçağı hәyәtdә oturub söhbәt edirik. Birdәn
Fefer deyir:
– Bilirsiniz, reb Tevye, sizin çox yaxşı qızlarınız var!
– Doğrudan? – tәәccüblә ona baxıram. – Şad xәbәrә görә sağ
ol! Övladlar atasına oxşamalıdır da!
– Qızlardan biri, – davam edir, – böyüyünü deyirәm, çox
ağıllıdır! Sözün әsl mәnasında, mehriban, qayğıkeşdir!
– Buna şübhәm yoxdur! – tәkәbbürlә bildirirәm. – Alma,
ağacından uzaq düşmәz...
Sözlәri ürәyimә yağ kimi yayılır. Deyin, uşaqlarının tәriflәnmәsi
hansı ataya xoş gәlmәz? İndi tap görüm, bu tәrifin arxasında,
Allah qorusun, mәhәbbәt alovu şölәlәnir, ya yox? Hә, söhbәtin
ardına qulaq asın.
Sözün qısası, bu әhvalat Boyberikdә axşamçağı baş verdi.
Arabamla bağlara gedәrkәn, birdәn kimsә mәni saxlayır. Yaxın
tanışım Efraim-Şadxendir. Elçiliklә mәşğul olur. Yaxınlaşıb deyir:
– Üzr istәyirәm, reb Tevye, sizә sözüm var.
– Eşidirәm… Xeyir ola? – atı saxlayıram.
– Reb Tevye, deyirlәr, yaxşı qızlarınız var.
– Evimdә yeddisi böyüyür, – cavab verirәm, – Allah onların
canını sağ elәsin!
– Bilirәm, yeddidir! – deyir. – Elә mәnim dә yeddi övladım
var.
– Demәli, ikimizdә düz on dörddür.
– Zarafat öz yerindә, – deyir. – Mәsәlә bundadır ki, reb
Tevye, bildiyiniz kimi, elçiliklә mәşğulam. Qızınız üçün yaxşı
adaxlı tapmışam! Әla oğlandır!
– “Yaxşı adaxlı” nә demәkdir? Әgәr dәrzi, ya da çәkmәçidirsә,
zәhmәt çәkib qapımıza gәlmәsin, getsin işinin dalınca. Midraşda
342