Page 337 - Sholom_Aleyhem_Макет 1
P. 337

Südçü Tevye


                                   Qodl

             Pan Şolom Aleyxem, yәqin, tәәccüblәnirsiz ki, Tevye çoxdandır
          görünmür. Deyirsiniz arıqlayıb, saç-saqqalı ağarıb, hә? Eh! Әgәr
          bilsәydiniz, Tevye necә bәlalar çәkir, ürәyindәn necә qara qanlar
          axır! Kitabda deyildiyi kimi: “Hәr şey torpaqdan yaranır vә
          torpağa dönür”, – insan milçәkdәn zәif, lakin dәmirdәn dә
          möhkәmdir. Vallah, haqqımda kitab yazmaq olar! Nә bәla varsa,
          bәdbәxtlik baş verirsә, azar gәlirsә, heç biri mәndәn yan keçmir!
          Sәbәb nәdir? Bilmirsiniz? Bәlkә, ona görә ki, uşaq kimi hәr şeyә
          inananam, hә? Tevye unudur ki, müdriklәr min dәfә deyib: “İtlә
          dostluq elә, amma çomağı yerә qoyma!” Nә etmәk olar, xasiyyәtim
          belәdir! Mәlumunuz olsun ki, ümidlә yaşayıram vә başıma
          gәlәnlәrdәn şikayәtlәnmirәm – çünki hәr işdә bir xeyir var!
          Digәr tәrәfdәn, gileylәnmәyin nә mәnası? Kim sәnә kömәk
          edәcәk? Duada deyilir: “Canım da, cismim dә sәnә mәxsusdur!”
          Bu sözlәrin mәnasını bilirsiniz? Arvadımla mübahisәyә girişirәm:
             – Qolda, heç günah işlәtmisәn? Müqәddәs kitabda deyilir
          ki...
             – Әşi, yenә başladın? Sәnin Müqәddәs kitabın nәyimә
          lazımdır? – әlini yellәyir. – Qızı әrә vermәliyik. Göz dәymәsin,
          evdә hәlә beşi var!
             – Eh! – deyirәm. – Bunlar boş şeydir, Qolda! Müdriklәr bu
          barәdә öz sözünü deyib. Kitabda belә bir...
             Qolda sözümü kәsir:
             – Yetkin qızların özü başdan-ayağa bir kitabdır!
             İndi gәl, arvada dil çatdır da!
             Nә isә, yәqin, başa düşürsünüz, mәndә olan “mal”ın, göz
          dәymәsin, keyfiyyәtinә söz ola bilmәz, şikayәtlәnmәk günahdır!
          Maşallah, qızlar bir-birindәn gözәl! Әlbәttә, doğma övladı
          tәriflәmәk heç dә yaxşı deyil. Amma adamların dediyini eşidәndә
          qürrәlәnirәm: “Gözәl qızlardır!” Xüsusәn dә böyüyü, adı Qodldır,
          Seytldәn sonra doğulub. Yәqin, xatırlayırsınız, Seytl dәrziyә әrә
          getmişdi. Qodl isә dünya gözәlidir! Esfır dastanında yazıldığı




                                                              337
   332   333   334   335   336   337   338   339   340   341   342