Page 332 - Sholom_Aleyhem_Макет 1
P. 332
Şolom Aleyxem
– Elәdir ki var! – cavab verir.
– Yaxşı adamdır? – soruşuram vә düşünürәm: “Әgәr qәssab
Leyzer-Volfu nәzәrdә tutursa, demәli, biclik işlәdir”.
– Dәrzilәr demişkәn: dәqiq ölçülüb, yaxşı kәsilib, möhkәm
dә tikilib! – cavab verib qızlarıma baxır.
– Adaxlı kimdir? – xәbәr alıram. – Haralıdır? Әgәr ondan әt
dükanının iyi gәlirsә, bu barәdә eşitmәk belә istәmirәm!
– Allah elәmәsin! – qәtiyyәtlә bildirir. – Adaxlıdan әt dükanının
iyi gәlmir, Reb Tevye! Onu yaxşı tanıyırsınız!
– Bizә uyğun adamdır?
– Әlbәttә! – deyir. – Çox uyğundur! Әla namizәddir!
– Maraqlıdır, kimdir, görәsәn?
– Kim? – gözünü qızlardan çәkmir. – Adaxlı özümәm, reb
Tevye, başa düşürsünüz, şәxsәn özüm!
Bunu eşidәndә sanki başıma qaynar su tökdülәr, yerimdәn
sıçradım. Döyüşkәn xoruzlar kimi üz-üzә dayandıq.
– Dәlisәn? Deyәsәn, ağlın çaşıb, hә? – deyirәm. – Adam öz-
özünә elçilik edәr? Sәn nә vaxtdan adaxlı olmusan? Özün çalıb,
özün dә oynayırsan? Bu yaşa çatmışam, belә şeyә rast gәlmәmişәm!
– Ağlım çaşmayıb! – deyir. – Qoy düşmәnlәrimiz dәli olsun.
İnanın, ağlım başımdadır. Sizin Seytllә evlәnmәk üçün heç dә
dәli olmaq lazım deyil. Qәsәbәnin әn varlı adamı – Leyzer-Volf
nahaqdan Seytli almaq istәmir ki! Elә bilirsiniz, bu, sirdir? İndi
hamı bilir... Reb Tevye, tәәccüb edirәm: axı siz görüb-götürmüş
adamsınız... Uzun danışmağa nә lüzum? Mәsәlә burasındadır ki,
mәn vә qızınız Seytl çoxdan, hәlә bir il әvvәl bir-birimizә söz
vermişik! Evlәnmәk barәdә...
Ürәyimә bıçaq soxsaydılar, bundan yaxşı olardı. Birincisi,
dәrzi Motl bәyәm Tevyenin kürәkәni olmağa layiqdir? İkincisi,
necә yәni “bir-birimizә söz vermişik ki, evlәnәk”?
– Bәs mәni saya salan yoxdur? – soruşuram. – Hәlә ki,
qızımı tәnbeh etmәyә haqqım var! Yoxsa mәnim rәyimi soruşmağı
lazım bilmirsiniz?
– Yox! Әsla elә deyil! Üzr istәyirәm, sizinlә danışmağa gәl -
mi şәm. Bir ildәn artıq sevdiyim qızın Leyzer-Volfla nişanlanmasını
eşidәn kimi...
332