Page 331 - Sholom_Aleyhem_Макет 1
P. 331

Südçü Tevye

          ziyana düşmәsinlәr!.. Ancaq bir mәsәlә qalır: mәnimlә onların
          fәrqi nәdәdir? Harada yazılıb ki, Tevye sәhәrin gözü açılmamış,
          isti yatağından qalxıb onlar üçün çalışmalı, canını qoymalıdır?
          Nәyin naminә? Nә var-nә var, bu adamların hәr sәhәr süfrәsindә
          tәzә yağ-pendir olsun?.. Harada deyilib ki, Tevye bir qaşıq şorba
          vә yarma naminә canı çıxana qәdәr әllәşmәlidir, Yequpets varlıları
          isә әllәrini ağdan-qaraya vurmayıb mütlәq piroq, blinçik vә kökә
          yeyib kef çәkmәlidir? Mәgәr mәn dә onlar kimi adam deyilәm?
          Yәni әdalәtli olmazdı ki, Tevye bir yay bağda yaşayıb dincәlsin?
          Sual olunur: bu tәqdirdә varlılar yağı, pendiri haradan alacaqlar?
          İnәklәri kim sağacaq? Heç olmasa, Yequpets aristokratları da...
          Eh, bu cәfәng fikirlәrdәn özümü dә gülmәk tutdu... Bir mәsәl
          yadıma düşdü: “Dәvәyә qanad versәydin, uçurmadığı dam-daş
          qalmazdı...”
             – Axşamınız xeyir, reb Tevye! – kimsә adımla çağırır.
             Dönüb baxıram, tanışdır: Anatovkada dәrzi kömәkçisi Motl
          Kamzol.
             – Aqibәtin xeyir! – deyirәm. – Qonaq Allah qonağıdır! Bәlkә,
          ayağında ruzi var, hә? Otur, Motl, Allahın torpağının üstündә!
          Sәndәn nә әcәb?
             – Çoxdan yanınıza gәlmәk istәyirdim, reb Tevye, – deyir, –
          amma vaxt tapa bilmirdim. Allaha şükür, iş çoxdur. Bir sifarişi
          tәhvil verirәm, dәrhal başqası gәlir. Bütün dәrzi dükanları var
          gücü ilә işlәyir: yay gәlәndәn toylar bir-birinin ardınca düzülüb.
          Berl Fonfaç qızını әrә verir, Tosl Şeyqets, Mendl Zaika, Yankl
          Piskaç toy edir. Moyşe Qordl, Meyer Krapiva, Xaym Loşak da
          toya hazırlaşır, hәtta dul arvad Trequbixa da әrә gedir.
             – Maşallah, toy-toya qarışıb! – deyirәm. –  Tәkcә mәnim
          bәxtim gәtirmir. Görünür, Allahın qәzәbinә gәlmişәm.
             – Yox, reb Tevye, elә demәyin, – Motl cavab verib qızlarıma
          baxır. – İstәsәydiniz, indi siz dә toya hazırlaşırdınız... Özünüzdәn
          asılıdır.
             – Doğrudan? – soruşuram. – Niyә mәhz mәndәn? Bәlkә,
          Seytlim üçün adaxlı seçmisәn?





                                                              331
   326   327   328   329   330   331   332   333   334   335   336