Page 353 - Sholom_Aleyhem_Макет 1
P. 353
Südçü Tevye
Xava
“Allaha dua edin, çünki rәhmlidir” – necә mәslәhәt görürsә,
demәli, elә dә olmalıdır, yәni әn yaxşısını Allah bilir! Әgәr ağlın
varsa, Allahın göstәrdiyi çıxış yolundan da yaxşısını axtarmağa
çalış! Mәn dә ağıllı olmaq istәdim, müdrik kәlamları, mәsәllәri
ora-bura yozdum.... Görәndә ki, bir şey alınmır, sakitlәşib öz-
özümә dedim: “Tevye, vallah, ağılsızsan! Dünyanı düzәltmәk
sәnә qalıb? Övladları әrsәyә gәtirib tәrbiyә etmәk әzabını bizә
qadir Allah göndәrib, bunun mәnası belәdir: övladın gәtirdiyi
kәdәri sәadәt kimi qәbul etmәk lazımdır”. Mәsәlәn, böyük qızım
Seytl dәrzi Motl Kamzola bәnd olmuşdu. Әlimdәn nә gәlәrdi?
Doğrudur, Motl sadә adamdır, savaddan kasaddır. Amma nә
etmәk olar? Sizin tәbirinizcә desәk, hamı elmli ola bilmәz axı!
Amma lәyaqәtli, işgüzar adamdır, alın tәri ilә çörәk qazanır.
Kasıbın nәyi olmasa da, uşaqdan boldur! Göz dәymәsin, dünyaya
çoxlu övlad gәtiriblәr. Qızım Seytl, әri Motl gecә-gündüz әllәşir...
Amma qızımdan soruşsan, deyәcәk, yaxşı dolanırıq, güzәranımız
pis deyil... Әslindә, qazandıqları pul yemәyә güclә çatır. Belә-
belә işlәr…
İkinci qızım Qodl barәdә nә deyim? Vәziyyәti özünüz
bilirsiniz. Әlimdәn getdi, onu hәmişәlik itirdim! Allah bilir, bir
dә görә bilәcәyәmmi? Bәlkә, o biri dünyada qarşılaşdıq, yüz
iyir mi ildәn sonra... Hәlә dә özümә gәlә bilmirәm: ondan danı -
şanda ölüb-dirilirәm! Deyirsiniz ki, unut! Axı canı canımdan,
qanı qanımdan olan әziz insanı necә unudum? Özü dә Qodl kimi
övladı? Bircә mәnә yazdıqlarını oxuyaydınız, – adam gözlәrini
yumub ölmәk istәyir! Yazır ki, orada çox yaxşı yaşayırlar. Oğlan
hәbsdәdir, özü isә işlәyir. Onun-bunun pal-paltarını yuyur, kitab
oxuyur, әri ilә hәftәdә bir dәfә görüşür. Ümid edir ki, hәr şey
dәyişәcәk, günlәrin birindә günәş bütün dünyanı nura qәrq
edәcәk, demәli, onu da başqaları ilә birlikdә hәbsdәn buraxacaqlar.
Bax әsl hәyat bundan sonra başlayacaq, әl-әlә verib dünyanı alt-
üst edәcәklәr. Necәdir, xoşunuza gәlir? Bәs Allah nә edir? Axı
353