Page 358 - Sholom_Aleyhem_Макет 1
P. 358
Şolom Aleyxem
– Onu başa düşüb-düşmәmәyim başqa mәsәlәdir, ancaq,
müqәddәs ata, bunun sizә nә dәxli?
– Dәxli var, – deyir, – çünki qız mәnim ixtiyarımdadır...
– Necә yәni sizin ixtiyarınızdadır?
– Yәni mәnim himayәmdәdir... – keşiş gözümün içinә baxıb
saq qalını tumarlayır.
– Kim? – dik atılıram. – Sizin himayәnizdә? Buna nә haqqınız
var? – әsәblәrimi cilovlaya bilmirәm.
– Hirslәnmә, Tevye! – gülümsәyib soyuqqanlılıqla cavab ve -
rir. – Yaxşısı budur, gәl mәsәlәni sakitcә hәll edәk. Bilirsәn ki,
yәhudi olsan da, Allah elәmәmiş, sәnә düşmәn deyilәm. Yәhudilәrә
böyük hörmәtim var, ancaq onlar yaxşılıq başa düşmәyәndә,
inadkarlıq edәndә cin atına minirәm.
– Müqәddәs ata, yaxşılıqdan dәm vurmayın, – deyirәm, – hәr
sözünüz qәlbimә tikan kimi batır, ürәyimi dağlayır. Әgәr, hәqiqәtәn,
mәni dost hesab edirsinizsә, qızımı rahat buraxın...
– Ağılsızsan! – deyir. – Qızına, Allah elәmәmiş, heç nә
olmaz. Onu böyük xoşbәxtlik gözlәyir, yaxşı adama әrә gedәcәk!
Ah, kaş mәnә qismәt olaydı...
– Amin! – guya zarafatla deyirәm, amma ürәyimdәn qara
qanlar axır. Görәsәn, keşiş hansı adaxlıdan dәm vurur?
– Onu, yәqin, tanıyırsan. Çox hörmәtli, saf adamdır, savadlıdır,
elmlәri özü öyrәnib. Qıza vurulub, evlәnmәk istәyir. Bir әmması
var ki, yәhudi deyil...
“Fedka!” – düşündüm, mәni od götürdü, sonra bәdәnimi
soyuq tәr basdı, az qala, arabadan yıxılacaqdım. Amma hәyәcanımı
büruzә vermәdim – bircә onu görmәyәcәksәn, müqәddәs ata!
Atıma qırmanc vurdum, haydı, hәtta vidalaşmadım da...
Evә gәlirәm. İlahi, alәm bir-birinә dәyib, hәr şey baş-ayaqdır.
Uşaqlar ağlayır, Qolda ayaq üstә güclә dayanır... Xavanı axtarıram...
Hanı Xava?.. Yoxdur! Harada olduğunu soruşmaq istәmirәm.
Bilirәm, başıma bәla gәlib! Cәhәnnәm әzabı çәkirәm, yanıb-
yaxılıram, özümә әl qatmaq istәyirәm. Uşaqların üstünә qışqırıram,
acığımı arvaddan çıxıram, özümә yer tapa bilmirәm. Atı yemlәmәk
358