Page 361 - Sholom_Aleyhem_Макет 1
P. 361
Südçü Tevye
görәk, Allaha xoş gedәn nәdir, günah işlәtmәk nә demәkdir? Bir
dә, bilmәk istәrdim: başqasının evinә soxulub hәr şeyi viran
qoyan adam barәdә fikri nәdir? Özünü itirdi:
– Tevye, sәn ağıllı adamsan, istәyirsәn ki, bu qәdәr sualın
hamısına birdәn cavab verim? Hövsәlәn olsun, bir-bir izah edim.
– Yox, – deyirәm. – Sәn mәnә, müqәddәs ata, heç vaxt cavab
verә bilmәzsәn. Bilirsәn niyә? Çünki nә deyәcәyin mәlumdur.
Yaxşısı budur, söylә, qızımı yenidәn görmәyә ümid bәslәyә
bilәrәm, ya yox?
– “Yenidәn” nә demәkdir? – keşiş hәyәcanlandı. – Qız sağ-
salamatdır, onu heç bir tәhlükә gözlәyә bilmәz! Әksinә...
– Bilirәm! – sözünü kәsirәm. – Xәbәrim var, siz onu xoşbәxt
elәmәk istәyirsiz! Bunu demirәm, bilmәk istәyirәm, qız hardadır?
Onu görә bilәrәm?
– Ürәyinizdәn nә keçirsә, istәyin, – deyir, – yalnız bundan
başqa!
– Elә dә bilirdim! Qısa vә aydın! Salamat qalın! Allah әvәzini
versin!
Evә qayıdıb görürәm ki, Qolda çarpayıda büzüşüb, göz
yaşları quruyub, daha ağlaya bilmir.
– Qalx, arvad, – deyirәm, – Allahın mәslәhәti ilә, matәm
günümüzü qeyd edәk. “Verәn dә Allahdır, alan da!” Başına belә
müsibәt gәlәn tәkcә biz deyilik ki! Elә bilәrik, Xava adlı qızımız
heç olmayıb... Mәsәlәn, Qodlu götürәk. Bizdәn ayrılıb, hara
getdiyindәn xәbәrsizik, Allah bilir, onu bir daha görmәk nәsib
olacaq, ya yox? Qadir Allah mәrhәmәtlidir, hәr şey onun әmrinә
tabedir!
Kәdәrli hisslәrimi bu cür ifadә edirәm, ancaq qәhәrdәn
boğuluram. Hә, Tevye – arvad deyil. Tevye dözә bilir. Әvvәla,
onu deyim ki, başımıza gәlәnlәr әsl biabırçılıqdır... İkincisi, qızıl
kimi övladı, istәkli qızını itirmisәnsә, necә dözәsәn? Mümkündür-
mü? Әsla! Körpәliyindә tez-tez xәstәlәnirdi, zavallı qızcığaz
ağrıdan qıvrılırdı. Bütün gecәni göz qırpmadan yanında otururduq,
onu dәfәlәrlә ölümün pәncәsindәn qurtarmışıq, nazını çәkmişik –
361