Page 366 - Sholom_Aleyhem_Макет 1
P. 366

Şolom Aleyxem

            Qızım Şprinsa başıma bәladır. Bu acını әvvәlkilәrlә müqayisә
            etmәk olmaz. Buna baxmayaraq, gördüyünüz kimi, birtәhәr
            dolanırıq... Kitabda deyildiyi kimi: “İnsan öz iradәsi ilә yaşamır”,
            nәğmәdә deyildiyi kimi:

                Hәyatın, hәm dә dünyanın nә mәnası,
                Xoş güzәran, bir dә pulun yoxdursa?

                Müqәddәs kitabda yazılıb: “Qadir Allah sәnә öz mәrhәmәtini
            әta edib”. Allah yәhudilәrin hәyatını yaxşılaşdırmaq istәyir, mәnә
            isә yenә bәdbәxtlik göndәrib… İndi adamlar müalicә üçün
            Yequpetsdәn xaricә üz tuturlar, isti su, әsәblәri sakitlәşdirәn
            duzlu vannalar… daha nә bilim nә! Әşi, boş verin, köhnә
            söhbәtdir! Yequpets boşalan kimi, Boyberikin dә havası, meşәsi
            vә bağları qәribsәyir, kimsәsiz mәkana çevrilir... Amma, Allah
            böyükdür, mürgülәmir, biz yoxsulların bu dünyada әzab çәkmәsi
            üçün nәzәrlәrini üstümüzdәn әsirgәmir, – yәni bu yay çox qiyamәt
            keçdi! Odessa, Rostov, Yekaterinoslavl, Mogilyov, Kişinyovdan
            xeyli sayda milyonçu bizim tәrәflәrә – Boyberikә axışdı. Soruşa
            bilәrsiniz, nә üçün buranı seçiblәr? Cavab verirәm: bәs bizimkilәr
            onların yanına niyә qaçır? Adәtәn, talan başlayanda yәhudilәr bir
            şәhәrdәn digәrinә pәnah aparır. Müqәddәs kitabda yazılıb: “Yola
            düşdülәr vә dayandılar, sonra yenә getdilәr”, – bu da o demәkdir
            ki, biz sizә gәlirik, siz dә bizә... Bu arada Boyberik, tәsәvvür
            edin, nәhәng şәhәrә çevrilib, küçәlәr qәlәbәlikdir. Mәlum mәsәlәdir
            ki, adamlar hәmişә yemәk istәyir, onlara daim yağ, süd, pendir
            lazımdır... Bәs süd mәhsullarını Tevyedәn başqa kimdәn almaq
            olar? Sözün qısası, Tevye dәbә minib. Hәr tәrәfdәn çağırırlar:
            Tevye! Tevye! Reb Tevye, zәhmәt olmasa, bura gәlin! Reb Tevye,
            bizә dә baş çәkin! Zarafat deyil, Allah istәsә...
                Bir dәfә belә hadisә oldu. Bayramqabağı idi... Müştәrilәrdәn
            birinin – Yekaterinoslavldan gәlmiş varlı dul qadının evinә ağartı
            mәhsulları gәtirmişdim. Bu qadın oğlu Aronçiklә birlikdә dincәlmәk
            üçün Boyberikә köçmüşdü, şübhәsiz, birinci tanış olduqları adam
            mәn idim.





             366
   361   362   363   364   365   366   367   368   369   370   371