Page 368 - Sholom_Aleyhem_Макет 1
P. 368
Şolom Aleyxem
– Yaxşı mәşğuliyyәtdir, xüsusәn dә sizin kimi cavan üçün.
Dünya dağılsa da, vecinizә olmaz, tәki qarmağa balıq düşsün!
Qadına nәzәr salıram – yanaqları lalә kimi qızarıb, üzünün
ifadәsi dәyişib. Elә bilir, indi oğlu yaxamdan yapışıb möhkәm
әzişdirәcәk, sonra da qapıdan çölә atacaq... Sәfeh fikirdir! Tevyeni
belә şeylәrlә qorxutmaq olmaz! Nә düşünürәmsә, onu da deyirәm!
Sözlәrimi eşidәn gәnc bir addım geri çәkilib qollarını arxasında
çarpazladı, fit çalıb mәni başdan-ayağa süzdü vә qәhqәhә çәkdi!
Mәn dә, qadın da bir az qorxduq – tәsadüfәn bunun ağlı çaşmayıb
ki? Nә isә, hәmin gündәn bu cavanla dostlaşdıq! Canlara dәyәn
oğlan idi, ürәyimә yatırdı. Düzdür, bәdxәrcdir, avaralanmağı
sevir, pulun qәdrini bilmir, qәribә hәrәkәtlәri var. Mәsәlәn, dilәnçi
görәndә әlini cibinә salıb pul çıxarır, saymadan zavallının ovcuna
basır. Vә ya tәzә aldığı paltonu çıxarıb yoldan keçәn yoxsula
bağışlayır...
Nә deyim, adamın ağlı yerindә olmayanda bundan da sәfeh
hәrәkәtlәr edә bilәr! Amma anasına yazığım gәlirdi! Zavallı
qadının göz yaşları qurumurdu. Onun bu halını görәndә ürәyim
sıxılırdı. Xahiş edirdi ki, oğlu ilә әmәlli-başlı danışım. Razılaşdım:
mәndәn nә gedir? Pul istәmir, yemәk istәmir! Ona ibrәtamiz
әhvalatlar, dastanlar, hekayәtlәr danışmağa başladım, hikmәtli
mәsәllәr söylәdim – Tevye belә şeylәri yaxşı bacarır. Mәni
dinlәmәkdәn zövq alırdı, gün-güzәran, evdәki vәziyyәt barәdә
çoxlu sual verirdi.
Bir dәfә dedi:
– Reb Tevye, – sizә qonaq gәlmәk istәrdim.
– Gözüm üstә yeriniz var! Bizim üçün böyük şәrәf olar.
Yaşadığımız xutora atla, lap piyada da gәlә bilәrsiniz. Güman
edirәm, yorulmazsınız. Çox uzaq deyil, yalnız meşәnin o tayına
keçmәk lazımdır...
– Nә vaxt evdә olursunuz? – soruşur.
– Mәni evdә ancaq şәnbә günlәri, bir dә bayramlarda tapa
bilәrsiniz, – deyirәm. – Bilirsiniz, gәlәn cümә bayrama düşür.
Әgәr istәyirsinizsә, xutora baş çәkin, arvadım sizi südlü blinçikә
qonaq edәr... – sonra qәdim yәhudi dilindә әlavә edirәm: –
belәsini әcdadlarımız heç Misirdә dә yemәyib...
368