Page 372 - Sholom_Aleyhem_Макет 1
P. 372

Şolom Aleyxem

            Tәklif etdim ki, bu söhbәti sonraya saxlayaq vә zarafatla soruşdum:
            elә bundan ötrü tәşrif buyurub? Deyirәm: “Әgәr elәdirsә, nahaq
            zәhmәt çәkmisiniz...” Qonaq ciddi görkәm alır:
                 – Әslindә, başqa mәsәlәyә görә gәlmişәm. Gәlin bir az
            gәzişәk.
                “Gәzintinin mәsәlәyә nә dәxli?” – fikirlәşib, onunla birlikdә
            meşәyә yollanıram. Günәş dağların arxasına çәkilib, meşә
            qaranlıqdır, çayın kәnarında qurbağalar sәs-sәsә verib, yaşıl
            otların әtri adamı bihuş edir – cәnnәtdir! Nәhayәt, cavan oğlan
            ayaq saxlayır, öskürüb deyir:
                – Reb Tevye, desәm ki, qızınız Şprinsanı sevirәm, onunla
            evlәnmәk istәyirәm, buna cavabınız necә olar?
                – Necә olacaq? – cavab verirәm. – Belә deyәrdim: siyahıdakı
            dәlilәrdәn birinin adını pozub yerinә sizin adınızı yazmaq lazımdır!
                Mәnә baxıb soruşur:
                – Bu, nә demәkdir?
                – Eşitdiyiniz kimi! – söylәyirәm.
                – Anlamadım…
                – Demәli, dәrrakәn çatmır, – deyirәm. – Müqәddәs kitabda
            deyildiyi kimi: “Ağıllının gözlәri başındadır...” Bu kәlamın
            mәnası belәdir: ağıl yaşda deyil, başdadır! Yәni ağıllıya – göz
            vurmaq, ağılsızı isә kötәklәmәk lazımdır...
                – Mәn sizinlә açıq danışıram, – sәsindә inciklik duyulur, –
            siz isә zarafata salıb mәsәllәr çәkirsiniz...
                –  Avazınız yaxşı gәlir, – deyirәm. –  Amma oxuduğunuz
            duadakı sözlәrdәn birinin dә mәnasını anlamırsınız. Duanın
            mәğzini başa düşmәk istәyirsinizsә, әvvәlcә ananıza müraciәt
            edin, – sizә hәr şeyi әtraflı başa salar...
                – Uşaq deyilәm ki, anamdan soruşum!
                – Sәhviniz var, – deyirәm, – mütlәq ananızdan soruşmalısınız.
            Yәqin, deyәcәk ki, ağlınız çaşıb vә haqlı da çıxacaq!
                – Haqlı?
                – Bәli, – deyirәm. – Bir düşünün, sizdәn Şprinsama adaxlı
            çıxar? Heç sizin tayınızdır? Әsas mәsәlә budur ki, ananız mәnimlә
            necә qohum ola bilәr?




             372
   367   368   369   370   371   372   373   374   375   376   377