Page 377 - Sholom_Aleyhem_Макет 1
P. 377

Südçü Tevye

          qızı ona sırımısınız. Bilmirәm, doğma qızınızdır, yoxsa... Bu
          incәliklәr mәni әsla maraqlandırmır... O, qıza vurulub, yәni
          xoşuna gәlib. Qızı bәyәnmәsinin heç bir әhәmiyyәti yoxdur. Bir
          söz demirәm, ola bilsin, tәmiz qızdır, zavallı hәr şeyә inanır...
          İncәliklәr mәni maraqlandırmır... Amma unutmayın, – siz kim,
          biz kim!  Ağıllı adama oxşayırsınız, necә rәva bilәrsiniz ki,
          qapımıza yağ-pendir gәtirәn südçü Tevye bizimlә qohum olsun?
          Qaldı bir-birinә söz vermәklәrinә, – nә fәrqi, sözlәrini geri
          götürәrlәr! Burada böyük qәbahәt yoxdur. Qızın ondan әl çәkmәsi
          üçün nә qәdәr lazımdırsa, buyurun, söylәyin! Pul barәdә razılaşarıq.
          Qızla oğlanın fәrqi böyükdür, – bilmirәm, sizin qızınızdır, ya
          yox, mәni belә tәfәrrüatlar maraqlandırmır...
             “İlahi, pәrvәrdigara! – fikirlәşirәm. – Bu adam mәndәn nә
          istәyir?”
             Dayanmadan danışır, baş-beynimi aparır. Deyir, qalmaqal
          yaratmağın mәnası yoxdur, bacısı oğlunun südçü Tevyenin qızı
          ilә nişanlanmasından, ümumiyyәtlә, söhbәt gedә bilmәz. Bildirir
          ki, guya mәqsәdim onun bacısından pul qoparmaqdır... Buna heç
          bir vәchlә yol vermәyәcәk! Mәsәlә xoşluqla hәll olunmalıdır.
          Onlar bir qәdәr pul verә bilәrlәr – sәdәqә kimi... Deyir ki, bәzәn
          kasıba, imkansıza әl tuturuq...
             Cavab vermәdim. Elә bil dilimi udmuşdum. Susdum,
          tәhqirlәrinә qarşı heç nә söylәmәdim. Qalxıb qapıya tәrәf getdim
          vә gözdәn itdim! Qeyb oldum! Qaçdım! Dabanıma tüpürdüm!
          Yanğından, hәbsxanadan qaçan kimi!
             “Açığını desәk...”, “Bilmirәm, qızınızdır, ya yox...”, “Dul ar-
          vaddan pul qoparmaq...”, “Sәdәqә kimi...” Onun bu sözlәri
          qulağımda hәlә dә әks-sәda verir.
             Mәnә gülmәyin, başımı arabaya çırpıb göz yaşı tökdüm,
          hönkür-hönkür ağladım... Ürәyimi boşaldıb arabaya mindim.
          Bütün hirsimi yazıq atın üstünә tökdüm. Allaha yalvardım: “İlahi,
          bu qoca Tevyeyә nә vermisәn, ala bilmirsәn? Niyә mәni rahat
          buraxmırsan? Bәyәm bütün dünyanın dәrdini tәkcә mәn
          çәkmәliyәm?”





                                                              377
   372   373   374   375   376   377   378   379   380   381   382