Page 382 - Sholom_Aleyhem_Макет 1
P. 382
Şolom Aleyxem
Tevyenin qızları, bildiyiniz kimi, gözәllikdә ad çıxarıb. Amma
Beylka hamıdan üstündür – gözәllәr gözәlidir! Xasiyyәti dә xalis
qızıl! Hәmişә hörmәtimi saxlayıb, sözümdәn çıxmayıb. Amma
mәnim Qoldam, qәbri nurla dolsun, rәhmәtә gedәndәn sonra
deyir ki, onun göz bәbәyiyәm! Mәnimlә nәfәs alır, qayğıma
qalır. Duada deyilir ki, “Allah öz qәzәbini rәhmi ilә boğar” –
dәrd verәndә dәrmanını da verir... Mәn peyğәmbәr deyilәm,
hardan bilәydim ki, Beylka, qoca vaxtımda, mәnә görә özünü
pula satacaq vә atasını Fәlәstinә göndәrәcәk! Günah seçdiyi
adaxlıdadır, ona qarğış elәmәk istәmirәm, Allah bәlasını versin!
Dәrindәn fikirlәşsәk, günah özümdәdir, çünki bizim Talmutda
yazılıb: “İnsan günahkardır...” Orada yazılanları sizә söylәmәk
borcumdur!
Vaxtınızı çox almaq istәmirәm. Bir il keçdi, sonra bir il dә
ötdü, mәnim Beylkam böyüdü, göz dәymәsin, әrә getmәli qız
oldu. Tevye öz işindәdir: arabası ilә yağ-pendir daşıyır – yayda
Boyberikә, qışda Yequpetsә! Bu şәhәrlәrdәn zәhlәm gedir,
sakinlәrini dә görmәyә gözüm yoxdur. Әlbәttә, hamısını demirәm,
bircә Şadxen Efraimi nәzәrdә tuturam! Üzünü mürdәşir yusun!
Qulaq asın, görün elçiliklә mәşğul olan bu hoqqabaz, adamın
başına nә oyun aça bilәr.
Bir gün, sentyabrın ortalarında Yequpetsә mal aparıram.
Görürәm, zәhlәmgetmiş Şadxen Efraim gәlir. Onun barәsindә
sizә danışmışdım. Adamı görәn kimi qır-saqqız olub yapışır
yaxasından. Amma bir müәmma da var: bu adamla üzbәüz
gәlәndә heç özün dә bilmәdәn ayaq saxlayırsan...
– Dinlә mәni, ağıllı atım, – yabıma deyirәm, – dayan, indi
sәnә yem verәcәyәm.
Vә Efraimlә salamlaşıb oradan-buradan söhbәt salıram:
– Nә var, nә yox? İş-güc necәdir?
– Pis, – köks ötürür.
– Niyә?
– Bekarçılıqdır! İş qәhәtә çıxıb! – deyir.
– Yәni, heç iş yoxdur?
– İş nә gәzir?
382