Page 384 - Sholom_Aleyhem_Макет 1
P. 384
Şolom Aleyxem
karetdә gәzir, qapısında lakeylәr durur, evindә hamamı var,
mebelini Parisdәn gәtirdib, barmağında brilyant üzük, özü dә
çox qoca deyil. Xalis subaydır, qızıldır! Qәşәng qız axtarır!
Qızın kasıblığı, cehizi dә onu maraqlandırmır! Tәki gözәl olsun!..
– Kifayәtdir! – deyirәm. – Әgәr siz, necә deyәrlәr, nәfәsinizi
dәrmәdәn bu cür çapsanız, onda biz, reb Efraim, kim bilir, hara
gedib çıxarıq. Sәhv etmirәmsә, böyük qızım Qodlu da hәmin
adaxlı üçün istәyirdiniz.
Bunu eşidәn elçi qarnını tutub elә qәhqәhә çәkdi ki, dedim
indi ürәyi gedәcәk...
– Eh! – deyir. – Gör kimi yada saldınız! O, hәlә müharibәdәn
әvvәl müflislәşib Amerikaya qaçdı!
– Allah ona rәhmәt elәsin! – cavab verirәm. – Bәlkә, elә bu
da ora qaçacaq?
Şadxen özündәn çıxdı.
– Siz nә danışırsınız, reb Tevye? O, zırrama, şarlatan vә
axmağın biri idi, bu isә – müharibә vaxtından podratçıdır, böyük
işlәr görür, öz kontoru, işçilәri vә... vә ... vә...
Nә isә, bizim bu Efraim elә qızışdı ki, hәtta mәni dartıb
arabadan yerә saldı, yaxamdan yapışıb elә silkәlәdi ki, qorodovoy
gәldi, ikimizi da bölmәyә aparmaq istәdi. Xoşbәxtlikdәn, Müqәddәs
kitabda yazılan söz yadıma düşdü: “Әcnәbiyә boyuna görә qiymәt
ver”, – yәni polislә yaxşı davran...
Xülasә, nә başınızı ağrıdım? Bu Pedotsur, axır ki, kiçik qızım
Beylkanın adaxlısı oldu, amma nişan taxılana kimi xeyli vaxt
keçdi. Niyә? Çünki insan ölmәk istәmәdiyi kimi, Beylka da ona
әrә getmәyә razılıq vermirdi. Pedotsur bahalı hәdiyyәlәr, qızıl
saat, brilyant üzük gәtirdikcә qızın ona nifrәti daha da artırdı.
Çöhrәsindәn hiss edirdim, gizlincә göz yaşları axıdırdı.
Bir dәfә sözarası ona deyirәm:
– Beylka, bu Pedotsur sәnә әziz olduğu kimi, mәnim üçün
dә...
Rәngi qıpqırmızı oldu:
– Bunu kim dedi?
384