Page 385 - Sholom_Aleyhem_Макет 1
P. 385
Südçü Tevye
– Onda, bütün gecәni niyә ağlayırsan?
– Mәn ağlayıram?
– Yox, – deyirәm, – ağlamırsan, hıçqırırsan. Elә bilirsәn,
başını yastığa soxmaqla göz yaşlarını mәndәn gizlәdәcәksәn?
Bәyәm atan uşaqdır, heç nәyi görmür, başa düşmür ki, sәn bunu
qoca atandan ötrü edirsәn? Mәnim rahat qocalığımı tәmin etmәk
istәyirsәn ki, başımı qoymağa yerim olsun, Allah göstәrmәsin,
dilәnçi vәziyyәtinә düşmәyim! Әgәr bu fikirdәsәnsә, mәnim
göyәrçinim, onda sәnin ağlın yoxdur! Allah böyükdür, Tevye isә
özgә hesabına dolanan adam deyil. Pul, kitabda yazıldığı kimi,
boş şeydir. Mәsәlәn, bacın Qodl. Sәfalәt içindә çırpınır! Amma
gör qürbәtdәn nә yazır? Dünyanın o başında zavallı Perçiklә
necә xoşbәxtdir!
Sizcә, Beylka nә cavab verir?
– Mәni Qodlla müqayisә etmә, – deyir. – Qodl elә zәmanәdә
boya-başa çatıb ki, o vaxt alәm bir-birinә dәymişdi, dünya
dağılırdı. Bәzi insanlar özlәrini unudub başqaları uğrunda mücadilә
aparırdılar, indi isә dünyada sakitlik bәrqәrar olunub, hәr kәs
özünü düşünür, başqalarını vecә alan yoxdur...
İndi gәl başa düş ki, Beylka bu sözlәrlә nә demәk istәyir?
Hә, necәdir? Tevyenin qızlarının tayı-bәrabәri var?
Siz onu toyda görәydiniz – şahzadә xanım kimi idi! Övladıma
tamaşa edib düşünürәm: “Yәni bu Beylka, Tevyenin qızıdır? Bu
cür duruşu, yerişi, zövqlә geyinmәyi hardan öyrәnib? Göz
dәymәsin, sanki hәr şey boyuna biçilib!” Amma çox tamaşa
etmәyimә imkan vermәdilәr, çünki elә hәmin gün, toydan sonra,
saat altı radәlәrindә cütlük qatarla yola düşdü, – hara getdiklәrini
Allah bilir! Dedilәr ki, varlılara mәxsus hansısa “Nataliya”ya,
toy sәyahәtinә gedirlәr. Bir dә qışda geri döndülәr vә dәrhal
xәbәr göndәrdilәr ki, tez özümü Yequpetsә çatdırım. Fikirlәşdim
ki, görәsәn, nә olub? Mәnim tәcili gәlmәyimi istәyirlәrsә, demәli,
burada nәsә var! Nә ola bilәr, axı? Ağlıma min fikir gәldi – hәm
yaxşı, hәm dә pis. Bәlkә, gәnclәr küsüşüblәr, ya da iş ayrılmaq
hәddinә çatıb? Dәrhal bu fikri özümdәn uzaqlaşdırıram: “Tevye,
385