Page 380 - Sholom_Aleyhem_Макет 1
P. 380

Şolom Aleyxem

                Hә,  Allaha şükür,  Tevye sağ-salamatdır vә mәn bunun
            şahidiyәm. Kitabda deyildiyi kimi: “Dağ dağa rast gәlmәsә dә,
            insan insana rast gәlә bilәr..” Mәnә elә baxırsınız ki, guya
            tanımırsınız. Mәnәm dә, köhnә dostunuz  Tevye, tәzә libasda
            dayanmışam hüzurunuzda. Bu, hәmin başabәla Tevyedir, necә
            vardı, elә dә qalıb, heç dәyişmәyib, ancaq şәnbә günü bayram
            libası geyinәndә lәyaqәtli görkәm alır, varlıya bәnzәyir. Çünki
            uzaq sәfәrә, adam arasına çıxırsan, başqa cür olmaz. Fәlәstinә
            getmәk zarafatdır?  Yәqin, tәәccüblәnirsiniz, hәyatı boyu yağ-
            pendir satan Tevye kimi balaca adamda bu hәvәs hardan yaranıb?
            Axı ancaq milyonçu Brodski kimi adam ahıl çağında belә uzaq
            sәfәrә getmәyi özünә rәva bilәr! Başdan-ayağa tapmacadır, pan
            Şolom Aleyxem, inanın, hәr şey ovucun içi kimi aydındır! Zәhmәt
            olmasa, çamadanı kәnara çәkin, yanınızda oturub sizә әhvalat
            danışım. Qulaq asın, görün Allah nәyә qadirdir?
                Әvvәlcә, mәlumunuz olsun ki, sizdәn uzaq, dul qalmışam.
            Qoldam ölüb, Allah ona rәhmәt elәsin. Sadә, qәlbi tәmiz, çox
            mömin qadın idi.
                İndi o dünyada balalarına qovuşub, uşaqların ucbatından çox
            әzablara qatlaşdı. Övladlarımızın pәrәn-pәrәn düşmәsinә tab
            gәtirә bilmәyib bu dünyadan köçdü. Son vaxtlar “İlahi, keç
            günahımdan, bu, nә hәyatdır? – deyirdi, – uşaqlarsız yaşamağın
            nә mәnası? Hәtta inәk dә buzovdan ayrı düşәndә darıxır...”
                Qolda hәmişә belә deyib göz yaşı axıdırdı.  Arvad günü-
            gündәn şam kimi әriyirdi, ona yazığım gәlirdi, nәhayәt, dözmәyib
            ürәyimdәn keçәnlәri söylәdim:
                – Canım Qolda, balaların yanımızda qalmasına, ya da isti yu-
            vadan uçub getmәsinә biz qәrar vermirik. Hәr şey böyük, rәhmli,
            qüdrәtli Allahın әlindәdir… Bәzәn xoşbәxtlik әvәzinә Allah sәni
            elә bir günә qoyur ki, bunu heç düşmәnә dә rәva görmәzsәn!..
                Ancaq Qolda qadındır... Görün nә deyir: “Günah işlәdirsәn,
            Tevye! Günah elәmәk olmaz...”
                Bu da verdiyi cavab! Bәyәm nәsә pis bir şey dedim? Elә
            bilirsiniz, Allaha qarşı çıxıram? Qadir Allah bu bәnzәrsiz dünyanı





             380
   375   376   377   378   379   380   381   382   383   384   385