Page 378 - Sholom_Aleyhem_Макет 1
P. 378
Şolom Aleyxem
Evә gәlirәm, göz dәymәsin, hamının kefi kök! Şam edirlәr.
Amma Şprinsa görünmür.
– Şprinsa hanı?
Onlar da soruşur:
– Nә xәbәr? Niyә çağırmışdılar?
– Şprinsa hardadır? – yenә soruşuram.
Evdәkilәr әl çәkmir:
– Nә xәbәr var?
– Heç nә, – deyirәm, – elә bir xәbәr yoxdur. Allaha şükür,
sakitlikdir. Yәhudi talanları bitib, deyәsәn...
Bu vaxt Şprinsa gәldi. Üzümә baxıb heç nә olmamış kimi
yemәk masasının arxasına keçdi. Üzünün ifadәsi sakitdir, amma
susmağı qәribәdir. Qayğılı görünüşü vә özünü müti aparması
xoşuma gәlmir. Ona baxanda ürәyim ağrıyır, qәzәb mәni boğur –
niyә qәzәblәnirәm, heç özüm dә bilmirәm... İlahi, hansı günahlarıma
görә mәni belә cәzalandırırsan?
Qısası, mәsәlәnin necә bitdiyini bilmәk istәyirsiniz? Bunu
heç düşmәnimә dә arzulamıram, çünki övlad dәrdi valideyn üçün
әn ağır yükdür, Allahın cәzasıdır!
Bәlkә, kimsә mәnә qarğış yağdırıb? Belә şeylәrә inanırsınız?
Danışın, biz dә qulaq asaq... Mәn isә sizә әhvalatın sonunu
söylәyim.
Bir dәfә axşam evә qayıdıram. Ürәyimdәn qara qanlar axır:
bu cür haqsızlıq, belә biabırçılıq olar? Qızıma yazığım gәlir!
Soruşa bilәrsiniz: bәs dul qadın? Bәs oğlu necә oldu? Vidalaşmadan
çıxıb getdilәr. Xırdaçılığın yeri deyil, hәtta yağ-pendirin pulunu
da vermәdilәr... Nә deyim? Yәqin, unudublar... Şprinsanın hansı
hisslәr keçirdiyini mәndәn başqa kimsә bilmirdi, çünki atayam,
bilirsiniz ki, ata qәlbi hәssas olur... Qız ağzını açıb bir kәlmә
danışmadı. Şikayәtlәnmәdi. Ağlamadı. Tevyenin qızları belәdir!
Sakitcә oturub özünә qapıldı, soldu, şam kimi әridi.
Nә isә, dәrd çәkә-çәkә yaşayıram, Allaha verdiyim sualları
elә özüm cavablandırıram. Allahın mәnimlә işi yoxdur, amma
insanlardan çәkdiyimi çәkmişәm. Görәsәn, adamlar bir-birinә
niyә pislik edir? Mәgәr, әllәrindәn yaxşılıq gәlmir? Nәyә görә
378