Page 373 - Sholom_Aleyhem_Макет 1
P. 373
Südçü Tevye
– Belә düşünürsünüzsә, – cavab verir, – reb Tevye, böyük
sәhviniz var. Mәn on sәkkiz yaşlı yeniyetmә deyilәm, müstәqil
adamam. Sizin vә qızınızın kim olduğunu bilirәm... Ondan xoşum
gәlir, vәssalam! Mәn deyәn olacaq!
– Üzr istәyirәm, sözünüzü kәsdiyimә görә, – deyirәm. – Bәs
qarşı tәrәfin bu mәsәlәyә münasibәti necәdir?
– Başa düşmәdim...
– Qızım Şprinsanı nәzәrdә tuturam... Onunla danışmısınız?
Nә deyir?
İncik görkәm alır, sonra gülüb deyir:
– Әlbәttә, onunla danışmışam, özü dә bir neçә dәfә. Axı bura
hәr gün gәlirәm.
Başa düşürsünüz? Hәr gün bura gәlir, mәnim isә xәbәrim
yox! Eh, Tevye, Tevye! Ay başıboş! Sәnә saman yedirtmәk
lazımdır! Sәni әlә salırlar, adam yerinә qoymurlar, imkan versәn,
bir qara quruşa satarlar! Uzunqulaq!
Bunları düşünә-düşünә Aronçiklә evә döndük. Sağollaşıb
Boyberikә yollandı.
İndi dә, nağıllarda yazıldığı kimi, şahzadә oğlanı qoyub, sizә
şahzadә qızdan, yәni Şprinsadan söhbәt açım...
– Qızım, soruşmaq istәyirәm, – deyirәm, – mәnim icazәm ol-
madan Aronçiklә necә razılığa gәlmisәn?
Daşdan sәs çıxır, ondan yox! Qızarır, başını aşağı dikib
ağzına su alır! “Yaxşı, – düşünürәm, – indi danışmaq istәmirsә,
söhbәti sonraya saxlayaq...” Tevye – arvad deyil. Gözlәyәr! Bir
müddәt sonra fürsәt tapıb deyirәm:
– Şprinsa, soruşmaq istәyirәm: heç olmasa, bu Aronçiki
tanıyırsan?
– Әlbәttә! – qız cavab verir.
– Bilirsәn ki, avaranın biridir?
– Avara niyә olur?
– Yәni fit çala-çala gәzir, heç bir işlә mәşğul olmur.
– Sәhv edirsәn! – cavab verir. – Arnold yaxşı adamdır.
– Arnold? – tәәccüblәnirәm, – Mәncә, Aronçikdir, şarlatanın
biridir!
373