Page 370 - Sholom_Aleyhem_Макет 1
P. 370
Şolom Aleyxem
Dünyanın var-dövlәtini qarşıma töküb mәnә kәnddәn şәhәrә
köçmәyi tәklif etsәniz, razılaşmaram. Sizin şәhәrdә heç belә
mavi sәma var? Duada deyildiyi kimi: “Göylәr – Allahın
dәrgahıdır”, – belә sәma ancaq Allaha yaraşır! Şәhәrdә, başını
qaldırıb yuxarı baxanda nә görürsәn? Qutu-qutu evlәr, oxşar
damlar, boz divarlara sarmaşmış borular! Vәssalam! Şәhәrdә
belә nәhәng ağacları harda görәrsәn? Bir-iki ağac olur, ona da
zivә çәkib paltar asırlar.
…Qonaqlar xutora dörd cavan atla gәlmişdilәr. İki göz
istәyirdi tamaşa elәsin. Aronçikin mindiyi at ayğır idi. Belәsini
üç yüz rubla da almaq olmaz.
– Buyurun, әziz qonaqlar! – deyirәm. – Xoş gәlmisiniz! Özü
dә at belindә! Әla! Ey, Qolda! Blinçiklәr hazırdır? Uşaqlara de,
stolu hәyәtә çıxartsınlar, inanmıram ki, otaqlar qonaqların xoşuna
gәlsin... Ey, Şprinsa, Taybl, Beylka! Harda itib-batmısınız? Cәld
tәrpәnin!
Lazımi tapşırıqlar verirәm, uşaqlar stol-stul, süfrә, boşqab,
çәngәl-bıçaq, duz gәtirir. Mәnim Qoldam isti, buğlanan yağlı
blinçiklәri süfrәyә qoyur – dadından, lәzzәtindәn doymaq olmur!
Qonaqlar bol-bol tәriflәyir...
– Nә dayanmısan? – arvada deyirәm. – Bayramdır axı! Yenә
blinçik gәtir! Qonaqların ağzı dada gәlib!
Qolda isti blinçiklәri boşqaba düzür, Şprinsa isә süfrәyә
qoyur. Birdәn gözüm Aronçikә sataşır, mәnim Şprinsamın hәr
hәrәkәtini diqqәtlә izlәyir. Oğlan baxışlarını ondan ayırmır.
Görәsәn, niyә baxır?
– Nuş olsun! – deyirәm. – Nә üçün yemirsiniz?
– Sizcә, nә ilә mәşğulam? – soruşur.
– Gәrәk ki, mәnim Şprinsama baxırsınız...
Qәhqәhә qopur, qonaqlar gülür, Şprinsa da. Hamı şәnlәnir,
deyir-gülür... Gözәl bayramdır! Hardan bilәsәn ki, bayram
şәnliyinin sonu bәdbәxtliklә bitәcәk. Adamın ağlına gәlmәz ki,
bu yaxşılığın әvәzindә Allah mәni cәzalandıracaq... Nә deyim?
İnsan ağıldan kasaddır! Çünki ağıllı adam gәrәk hәr şeyi ürәyinә
salmasın, onsuz da, olacağa çarә yoxdur! Zәburda oxuyuruq:
370